Çin və Cənubi Koreyanın turizm sənayesi üçün tanışlıq səfəri təşkil edilib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu 20-26 oktyabrda Çinin 19 aparıcı turizm şirkətinin, eləcə də Cənubi Koreyanın 5 aparıcı turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edib.
Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, səfər çərçivəsində iştirakçılar Bakı ilə yanaşı, Şamaxı, Qəbələ, Şəki və Qax bölgələrinin turizm imkanları ilə tanış olublar.
Səfər müddətində Azərbaycan və Çinin, həmçinin Azərbaycan və Cənubi Koreyanın turizm sənayesi nümayəndələri arasında B2B görüşlər təşkil olunub və əməkdaşlıq imkanları müzakirə edilib.
Bu ilin 9 ayında Çindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 51 % çox - 49 mindən çox ziyarətçi, Cənubi Koreyadan isə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çox - 13 mindən çox ziyarətçi gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















