Çin xaricdən süni intellekt modellərinə girişi məhdudlaşdırmaq istəyir
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çin hakimiyyəti qabaqcıl Çin süni intellekt modellərinə xarici çıxışı məhdudlaşdırmağı nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi müzakirələrlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu təklif son bir ay ərzində böyük texnologiya şirkətləri ilə görüşlərdə müzakirə olunub.
Nəşrin mənbələri danışıqların Çinin Ticarət Nazirliyi tərəfindən təşkil olunduğunu aydınlaşdırıb. “Alibaba” (“Qwen AI” modelini hazırlayır) və “ByteDance” (“Doubao AI” və başqaları), eləcə də “Z.ai” startapının (GLM modellərini hazırlayır) nümayəndələri görüşlərdə iştirak ediblər. Məşhur “DeepSeek” çatbotunun tərtibatçıları, görünür, müzakirələrdə iştirak etməyiblər.
Mənbələr tərəflərin məhdudiyyətlər barədə hər hansı bir razılığa gəlib-gəlmədiyini dəqiqləşdirməyiblər. Lakin onlar qeyd ediblər ki, qadağa qəbul edilərsə, hələ buraxılmamış AI modellərinə də şamil ediləcək. Çin, ABŞ kimi, son zamanlar qabaqcıl AI texnologiyalarına nəzarət tələb edən vacib milli aktiv kimi baxmağa başlayıb. Lakin nəşr qeyd edir ki, Pekinin öz modellərinə çıxışı məhdudlaşdırmaq qərarı bütün bazara mənfi təsir göstərəcək.
Çin modelləri bir çox ölkələrdə populyardır, çünki onlar qabaqcıl Amerika və Avropa startapları ilə müqayisə edilə bilər. Onlar həmçinin adətən daha ucuzdurlar. Bundan əlavə, bir çoxu açıq mənbəlidir və bu da onların müxtəlif sistemlərə və xidmətlərə inteqrasiyasını sadələşdirir.
Bu mövzuda digər xəbərlər:Microsoft süni intellekt modellərinə məhdudiyyətlər qoyacaq
15 Sentyabr 2026 11:19
Amerika şirkətləri daha ucuz süni intellekt modellərinə keçirlər
26 İyul 2026 08:17
NYT: ABŞ yeni süni intellekt modellərinə nəzarəti gücləndirə bilər
05 May 2026 03:54
Google Gemini nin qabaqcıl modellərinə pulsuz girişi dayandırıb
09 Oktyabr 2026 15:19
Fazil Mustafa: Şəhidlər Xiyabanına girişi məhdudlaşdırmaq çətindir
11 Sentyabr 2025 15:02
Baxış sayı:170
Bu xəbər 07 İyul 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















