“Çin yalnız bugünün deyil, gələcəyin əsas aktorudur”
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
“Əsl çinsayağı siyasətin mahiyyəti məhz budur. Düşməninin səhvlərindən öyrənmək, daha çox səhf gördükcə təcrübəni artırmaq – bu, Çin strategiyasının əsas prinsiplərindəndir”.
Gununsesi.info bildirir ki, bunu politoloq Amid Əliyev qeyd edib:
“Dünyanın dörd bir yanında baş verən lokal və regional münaqişələrdə Çin açıq şəkildə görünməsə də, pərdəarxasında təsir imkanlarını genişləndirən mühüm bir gücə, bir növ “görünməyən əl”ə çevrilib.
Bu gün beynəlxalq münasibətlər sistemində Çini nəzərə almadan ciddi siyasi və ya iqtisadi uğura imza atmaq demək olar ki, mümkün deyil. Çin artıq qlobal siyasətin dəyişməz imperativinə çevrilib. Sürətlə artan iqtisadi gücü, texnoloji inkişafı və rəqəmsal transformasiya sahəsində əldə etdiyi nailiyyətlər sayəsində Çin tədricən yeni ‘rəqəmsal-iqtisadi dünya nizamı’nın əsas memarlarından birinə çevrilməkdədir.
Eyni zamanda Pekin klassik güc siyasətinin çərçivələrini aşaraq, iqtisadi asılılıqlar yaratmaq, infrastruktur layihələri vasitəsilə təsir dairəsini genişləndirmək və uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaqla qlobal mövqeyini möhkəmləndirir. Bu isə onu göstərir ki, Çin yalnız bugünün deyil, həm də gələcəyin dünya siyasətini formalaşdıran əsas aktorlardan biridir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 07 Aprel 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















