Çin yeni kosmik buraxılış sistemini istifadəyə verir İlk dəfə
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çinin "Galactic Energy" şirkəti 2028-ci ilə qədər dünyada ilk elektromaqnit əsaslı kosmik buraxılış sistemini istifadəyə verməyi planlaşdırır.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, sistem maqnit levitasiya (“maglev”) prinsiplərinə əsaslanacaq və superkeçirici maqnitlərdən istifadə edəcək. Bu texnologiya raket mühərriki işə düşməmişdən əvvəl belə onu səsdən yüksək sürətlə hərəkətə gətirməyə imkan verəcək. Yeni sistem, həmçinin aşağı səs-küy yaratması və yanacağa qənaət etməsi ilə fərqlənəcək.
Qeyd edək ki, 2022-ci ilin iyununda Moskva İstilik Mühəndisliyi İnstitutunun baş konstruktoru Yuri Solomonov maqnit levitasiya qatarı (maglev) üçün yol tikmək planlarını açıqlamışdı. Bu obyektin Rusiyanın şimal-qərb bölgəsində 2025-ci ilə qədər istifadəyə verilməsi nəzərdə tutulurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















