Çin yeni model sayına görə Avropanı qabaqladı, amma...
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ildə dünyada 162 yeni modelin təqdimatı həyata keçirilib. Siyahıya restaylinq edilmiş modellər daxil deyil.
Avtosfer.az xəbər verir ki, faktı Motor 1 saytı yayıb. Təkcə çinli istehsalçılar 79 model təqdim ediblər. Halbuki Avropada təqdim edilən model sayı cəmi 49-dur.
Lakin bir fərq də var. Avropalı istehsalçılar bir qayda olaraq xarici bazar üçün modellər hazırlayırlar. Çinin təqdim etdiyi modellərin mütləq əksəriyyəti daxili bazara nəzərdə tutulur və rəsmi şəkildə ixrac edilmir. Doğrudur, əcnəbilərin bu modelləri Çİndən alıb vətənə aparmasına yerli hakimiyyət heç bir qadağa tətbiq etmir. Lakin bu modelləri alanlar qısa müddət sonra servis problemi ilə üzləşirlər. Səbəb proqram təminatının və kataloqların Çin dilində olması, ehtiyat hissələrinin Çin xaricində əlçatan olmamasıdır.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Yanvar 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















