Çin yeni ordu komandanlığı mərkəzinin tikintisinə başlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin dövləti ordu üçün irimiqyaslı tikinti layihəsinə başlayıb.
APA xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzeti peyk şəkillərinə və kəşfiyyat mənbələrinə istinadən Çinin öz ordusu üçün ötən ilin ortalarından Pekinin cənub-qərbində ordu komandanlığı mərkəzi tikdiyi ilə bağlı məlumat yayıb.
Qəzetin yazdığına görə, tikinti sahəsi artıq 6 kvadrat kilometrdən çox ərazini əhatə edir və potensial nüvə müharibəsi də daxil olmaqla, istənilən münaqişə zamanı Çin hərbi liderlərini qorumaq üçün yeraltı bunkerləri əhatə edəcək.
Gələcək mərkəzin Pentaqondan 10 dəfə böyük olacağı bildirilir.

Çin Ermənistanda AES tikintisinə dəstək göstərməyə hazırdır
07 Aprel 2025 09:36
Türkiyə Somalidə kosmodrom tikintisinə başlayıb
18 Dekabr 2024 13:34
Britaniya yeni tipli atom sualtı gəmisinin tikintisinə başlayıb
26 Mart 2025 16:24
NATO komandanlığı Ukrayna ilə bağlı fəaliyyətə başlayıb
19 Dekabr 2024 09:28

