Çin Zelenskinin dediklərini təkzib etdi: Ukrayna məsələsində mövqeyimiz aydındır
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib edib və bu açıqlamaları “əsassız” adlandırıb.
Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, Zelenski ötən gün keçirilən mətbuat konfransında Çinin Rusiyaya silah göndərdiyini, hətta Rusiya ərazisində Çin tərəfindən silah istehsal olunduğunu irəli sürmüşdü.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan isə bu iddialara cavab olaraq bildirib ki, Çin Ukrayna münaqişəsi çərçivəsində heç bir tərəfə ölümcül silahlar verməyib.
“Çinin Ukrayna məsələsində mövqeyi hər zaman aydın olub” ,– deyə Lin qeyd edib: "Biz atəşkəsin əldə olunması, münaqişənin dayandırılması və sülh danışıqlarının təşviqi istiqamətində fəal səylər göstəririk”.
Pekin, həmçinin, beynəlxalq münasibətlərdə əsassız ittihamların və siyasi manipulyasiyaların əleyhinə olduğunu vurğulayıb.
Qeyd edək ki, Çin Ukraynadakı münaqişə dövründə Rusiya ilə iqtisadi əlaqələrini davam etdirsə də, özünü neytral tərəf kimi təqdim edir və müharibədə birbaşa iştirakını inkar edir.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















