Icma.az
close
up
RU
Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib Deputat

Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib Deputat

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasında işgüzar səfərdədir. Bu səfər çərçivəsində İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Plus formatında keçiriləcək zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətiylə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradlarda iştiraki nəzərdə tutulub".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib.

Naqif Həmzəyev bildirib ki, Çin liderinin İlham Əliyevə "mənim əziz dostum" deyərək müraciət etməsi liderlər arasında şəxsi dostluq münasibətlərin olduğunu göstərir:

"Xüsusilə qeyd etməliyik ki, Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb və münasibətlərin daha da inkişaf etdirilməsi üçün əla zəmin var və bu potensialın daha da artırılması üçün hər iki tərəfdən səylərin günü-gündən artırıldığına da biz şahidlik edirik". Məhz İlham Əliyev ilə Sin Çin Pin arasında baş tutan görüş zamanı Çin liderinin Azərbaycan Prezidentinə mənim əziz dostum deyərək müraciət etməsi də onu deməyə əsas verir ki, liderlər arasında da şəxsi dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin yüksək səviyyədə olması nəticə etibarilə ölkələrimiz və xalqlarımız arasında da yaxınlaşmanı şərtləndirməkdədir. Azərbaycan və Çin qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləmiş və bu gün də həm Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Çin də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı Azərbaycanın əldə etdiyi uğurları da yaxından izləyir. Azərbaycan-Ermənistan arasında münasibətlərdəki normallaşmanı da alqışlamaqdadır. Bundan savayı, hazırda orta dəhlizin inkişaf etdirilməsi və orta dəhliz üzrə yükdaşımaların həcminin artırılması üçün də həm Çin, həm də Azərbaycan maraqları kəsişir".

Deputatın sözlərinə görə, Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib:

"Xüsusilə qeyd etməliyik ki, uzun illər Azərbaycan məhz öz ərazisində nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və yükdaşmaların həcminin artırılması üçün meqa layihələrinin realaşdırılmasını həyata keçirə bilib. Bununla yanaşı, Zəngəzur dəhlizinin işə düşməsi layihəsini də Çin ilk gündən dəstəkləyib. Hazırda hər iki ölkə arasında sərbəst ticarət sazişi üzrə müzakirələr aparılır və bu sazişin əldə edilməsi ilə əlaqədər də tezliklə müsbət nəticələrinin olacağı gözlənilir. Azərbaycan əldə edilmiş razılıq əsasında Çin texnoloji yeniliklərinin çıxış imkanı əldə edib. Çin öz texnoloji yeniliklərinin Azərbaycanla bölüşməsi və Çində fəaliyyət göstərən böyük şirkətlər və korporasiyaların məhsullarının Azərbaycana çatdırılması və Azərbaycan şirkətləri ilə ortaq layihələrinin reallaşdırılması üçün də maraqlı tərəf kimi çıxış edir. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini günü-gündən gücləndirməsinə sevinən tərəfdir və Azərbaycan da məhz bu təşkilat çərçivəsində əlaqələrin gücləndirməsini istəyir və bu baxımdan da Azərbaycan lideri məhz Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil edilən tədbirlərə aktiv şəkildə qatılır".

Sonda millət vəkili qeyd edib ki, Prezidentin Çinə işgüzar səfəri hər iki ölkə arasında münasibətləri daha da irəli aparacaq:

"Biz inanırıq ki, cənab Prezidentin Çinə baş tutan bu işgüzar səfəri hər iki ölkə arasında münasibətləri daha da irəli aparacaq. Xüsusilə də qarşılıqlı viza rejiminin ləğv edilməsi yaxın illərdə Azərbaycan və Çinin qarşılıqlı turist səfərlərinin həcmini artıracaq. Nəticə etibarilə, biz bu turizm potensialının gürləndirilməsi ilə xalqlar arasındakı yaxınlaşmanı da daha sürətli baş tutacağını görə biləcəyik. İnanırıq ki, bu səfər çox uğurlu, çox məhsuldar və çox yaddaqalan olacaq. Səbirsizliklə bu səfərdə baş tutacaq digər görüşləri də gözləyirik və inanırıq ki, əldə edilmiş bütün sənətlər və aparılan müzakirələr öz məntiqi nəticəsini verəcək".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri