Icma.az
close
up
RU
Çinarə Məlikzadə kimdir? Ərdoğanı səsinə heyran edən, bir gecədə məşhurlaşan dağlar qızı

Çinarə Məlikzadə kimdir? Ərdoğanı səsinə heyran edən, bir gecədə məşhurlaşan dağlar qızı

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Lent.az “Bioqrafiya” rubrikasında müğənni, aktrisa Çinarə Məlikzadədən bəhs edir.

- Çinarə Məlikzadə harada və nə zaman anadan olub?

Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Əslən Xızıdandırlar. O, özünə “dağlar qızı” deməyi sevir.

-  Çinarə Məlikzadə harada təhsil alıb?

Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye” müsabiqələrində iştirak edib.

- Çinarə Məlikzadəyə hansı mahnı ilə populyarlıq qazandırıb?

Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə sosial şəbəkədə bir gecədə məşhurlaşıb. 44 günlük müharibə dönəmində  oxuduğu “Azərbaycan” mahnısı ilə daha da sevildi. Bu mahnı Türkiyə Prezidenti cənab Ərdoğanın o qədər xoşuna gəlmişdi ki, o, Qarabağda olarkən Çinarə ilə görüşüb söhbətləşmişdi. O, müxtəlif dövlət tədbirləri və konsert proqramlarında çıxış edir. Türkiyə, Kipr, Polşa, isveç, Ukraynada konsertlər verib.

- Çinarə Məlikzadənin bacı-qardaşı var?

Bu barədə o belə danışıb: 
“Ailədə məndən böyük bir qardaşım var. Valideynlərim də, qardaşım da mənə dəstəkdir. Onlar uşaq vaxtından mənə dəstəkdirlər. Anam 4 yaşım olanda aparıb məni Oqtay Zülfüqarovun yanına. Ona görə ailə sarıdan heç bir problemim yoxdur”.

- Çinarə Məlikzadə kimlərlə duet oxuyub?

Türkiyədə ifaları çox sevilən Çinarə Mustafa Ceceli, Halik Levent, Rafet El Roman kimi məşhurlarla duet oxuyub.

- Çinarə Məlikzadə ailəlidir?

Yox. O aktyor Əlibəy Məmmədli ilə az müddət ərzində evil olduqdan sonra boşanıb. Övladı yoxdur.
Əlibəy Məmmədli ilə bağlı münasibətləri barədə danışarkən “Həyatdır, ola bilər, eyni filmdə oynaya bilərik: “Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Bir-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Eyni filmdə oynamaqla bağlı təklif gəlsə, qəbul etmərəm”. 

- Əsl peşəsi aktyorluq olan Çinarə Məlikzadə filmlərdə çəkilib?

 Bəli. O Elməddin Cəfərovun çəkdiyi bir komediyada rol alıb. Bu barədə o belə deyib:  “Elməddin Cəfərov, Kəmalə Piriyeva, Ziya Ağa və mənim baş rollarını paylaşdığımız film idi. Komediya janrında olan o filmin çəkilişləri Bakıda və İranda baş tutub. Bu film inşallah tezliklə izləyicilərimizə təqdim olunacaq. Səbirsizliklə təqdimat gününü gözləyirəm”. Oktyabr ayında Çinarə Türkiyə və İranın birgə istehsalı olan daha bir filmə dəvət alıb.
Müğənni Çinarə Məlikzadə Mehrdad Qafarzadənin rejissorluğu ilə “Bana bir aşk şarkısı söyle” adlı Türkiyə və İran ortaq istehsalı olan filmdə çəkilir. Layihədə Türkiyənin məşhur aktyorlarından Yusuf Çim, Ali Burak Ceylan, Hazal Türesan, Ayşen İnci, Semra Dinçer, iranlı aktyorlardan isə Məcid Müzəffəri, Pejman Bazegi, Bahareh Afşar və başqaları rol alır. Bu barədə danışan müğənni “Rejissorun dediyinə əsasən, ssenari yazılanda artıq məni çəkməyi düşünürmüşlər. Deyim ki, Ada obrazı gözəl səsi olan xanımdır. Mən isə musiqiçiyəm, şübhəsiz ki, bu amilin payı var. İlham Qasımovun filmində oynadığım rol iranlı prodüserlərə müsbət təsir edib. Yeri gəlmişkən, yaradıcı heyət İranda mənə və sənətimə qarşı böyük bir sevginin olduğunu bildirdilər. Bunlar hamısı onların seçimlərinə təsir göstərib” - deyib.

- Çinarə Məlikzadə sosial şəbəkədə ünvanına gələn rəylərə necə reaksiya verir?

“Mən elə insanam ki, pisi və yaxşını olduğu kimi qarşılayıram. Bu insanların öz fikridir. Kimsə məni sevməyə, bəyənməyə məcbur deyil. Qızlarla söhbətim zamanı deyirəm ki, adi hicabda şəkil paylaşsam belə, mütləq çıxıb nəsə deyən olacaq. Ona pis fikir yazan olacaq. Çünki, əksi mümkün deyil. Hamı fərqli düşünür. Hamı bir nəfəri sevə bilməz. 
Sadəliyi sevən insanam, bəlkə də ondan irəli gəlir. Çünki necə varamsa, elə oxumuşam, öz aləmimdə. Amma bir şey var ki, kamera görəndə çox həyəcanlanıram. Elə buna görə deyirəm ki, ölkənin xaricdə təmsil olunmasını boynuma götürmərəm heç vaxt” deyə o bildirib.

- Çinarə Məlikzadə “Avroviziya” müsabiqəsinə qatılmaq istəyir?

Yox. Omum bu barədə fikirlərini təqdim edirik: “Avroviziyaya getmək fikrim yoxdur. Çünki ora gedib, gələnlər arasında uğurlu karyera davamçısı görməmişəm. Təbii ki, hamısına aid deyil. Bir az sanki yadplanetli olurlar. Avroviziya səhnəsi çox gözəl, böyük səhnədir. Mən öz Vətənimdə ondan daha böyük, mühüm səhnələrdə çıxış etmişəm. Ona görə də, nə gərək var ki”.

- Çinarə Məlikzadə toylara gedir?

Bəli. Amma bunda seçici davranır.

“Tam səmimi deyirəm, mən heç vaxt sırf toylarda oxumaq üçün bir iş görməmişəm. Bu işlərlə əvvəllər mənimlə birgə çalışan dostlarımız məşğul olublar. Daha sonra isə yeni menecerimlə qarşımıza ölkə xaricinə çıxmaq məqsədi qoyduq və şükürlər olsun ki, qısa müddət ərzində buna nail olduq. Artıq xarici ölkələrdə bir neçə konsertlərimiz olub və bundan sonra daha da çox olacaq” – o deyib. 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri