Icma.az
close
up
RU
Cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir

Cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. SİA xəbər verir ki, məhkəmədə müxtəlif sənədlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkiləri də məhkəmədə nümayiş etdirilib. Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun “ordusuna” (Ermənistan silahlı qüvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.

Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən - döyüş tapşırığından görünür ki, qondarma qurumun “ordusunun komandirinə” “6-cı müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, “9-cu müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın Yerevan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib. Məxfi sənəddən görünür ki, qondarma qurumun “ordusunun” şimal-şərq istiqamətində ərazinin incələnməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədi ilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun Yerevan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-Yerevan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri