Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Bu barədə Axar.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin sorğusu əsasında Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın və həmin kafedranın müəllimi J.Qənbərovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə münasibətdə cəzanın təxirə salınmasına dair qadağa uşaqların üstün mənafelərinin müdafiəsi ilə ictimai təhlükəsizliyin və şəxsiyyətin ali konstitusion dəyər kimi qorunması arasında balansın təmin olunmasına xidmət etdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab olunsun.
Vurğulanıb ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsinə baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları nəzərdən keçirərək onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədinə nail olunmasının mümkünlüyünü qiymətləndirməlidirlər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Oktyabr 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















