Icma.az
close
up
RU
Çində 13,35 milyon abituriyent ali məktəblərə qəbul imtahanında iştirak edir

Çində 13,35 milyon abituriyent ali məktəblərə qəbul imtahanında iştirak edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 7 iyun, AZƏRTAC

Çində ali məktəblərə iyunun 7-dən başlayan qəbul imtahanlarında (“qaokao”) 13 milyon 350 min abituriyent iştirak edir.

AZƏRTAC Çinin Təhsil Nazirliyinə istinadla xəbər verir ki, imtahan müxtəlif ixtisas qrupları üzrə iyunun 7-dən 10-dək keçirilir. Abituriyentlər ümumrespublika imtahanında 3 əsas fəndən – Çin dili, riyaziyyat və xarici dildən başqa, seçdikləri ixtisasa uyğun olaraq ideologiya və siyasət, tarix, coğrafiya, fizika, kimya və biologiya fənlərindən də imtahan verməlidirlər. İmtahanın təşkili üçün ölkə üzrə yüzlərlə məkan ayrılıb, milyondan çox nəzarətçi imtahanlara cəlb olunub.

Qeyd edək ki, “qaokao” dünyada ən kütləvi imtahan hesab olunur. Çində ümumrespublika vahid qəbul imtahanının tətbiqinə 1952-ci ildə başlanılsa da, təlatümlü “mədəni inqilab” dövründə dayandırılıb. Bu da öz növbəsində ölkədə təhsilin səviyyəsinin aşağı düşməsinə və kadr çatışmazlığına səbəb olub. Çin lideri Den Siaopin 1977-ci ildə “qaokao” sistemini bərpa edib. Bu sistem Çində islahatların aparılması üçün tələb olunan kadr təminatını ödəyib. O vaxtdan bəri ümumilikdə 190 milyona yaxın gənc “qaokao”da iştirak edib.

Çində abituriyent sayının çox olması ali məktəblərə qəbul prosesində böyük müsabiqə yaradır. Elə bu səbəbdən “qaokao” abituriyentlərlə yanaşı, onların ailə üzvləri, müəllimləri üçün də sanki bir sınaqdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri