Çində 5G mobil rabitə istifadəçilərinin sayı bir milyardı ötüb AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pekin, 25 dekabr, AZƏRTAC
Çində 5-ci nəsil mobil rabitə (5G) istifadəçilərinin sayı bir milyardı ötüb.
AZƏRTAC xəbər verir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 5G istifadəçilərinin sayının ötən illə müqayisədə 9,4 faiz çoxaldığını açıqlayıb. Bu say ölkədə 1 milyard 790 milyon mobil rabitə istifadəçisinin 56 faizini təşkil edir.
Nazirlik Çində 5G baza stansiyalarının sayının 4 milyon 191 minə çatdığını açıqlayıb.
Qeyd edək ki, Çin hazırda 5G şəbəkəsinə qoşulmaların sayına görə dünyada liderlik edir. 2019-cu ilin noyabrından etibarən Çinin 3 mobil rabitə operatoru - “China Mobile”, “China Telecom”, “China Unicom” və “China Broadnet” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Dekabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















