Çində 6,8 bal gücündə dəhşətli zəlzələ: azı 53 nəfər ölüb, xeyli yaralı var
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Çinin Tibet Muxtar Bölgəsində dəhşətli zəlzələ olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 6,8 bal gücündə baş verən zəlzələdə azı 53 nəfər həyatını itirib, 62 nəfər yaralanıb.
Məlumata görə, zəlzələ Nepal və Hindistanda da hiss olunub.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) 6,8 bal gücündə zəlzələnin episentrinin Tibet Muxtar Bölgəsinin Şiqatse əyalətinin Tinqri rayonu olduğunu açıqlayıb: "Zəlzələ yerli vaxtla saat 09.05-də yerin 10 kilometr dərinliyində baş verib".
Sinxua agentliyi yazıb ki, zəlzələ nəticəsində 1000-dən çox tikili dağılıb.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin 7,1 bal gücündə olduğunu bəyan edib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:Çində 6,8 bal gücündə zəlzələ olub: ölənlər var AZƏRTAC
07 Yanvar 2025 08:06
Çindəki 6,8 bal gücündə zəlzələ nəticəsində 53 nəfər ölüb AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi
07 Yanvar 2025 11:57
7,3 bal gücündə zəlzələ 14 nəfər ölüb, yüzlərlə yaralı var
18 Dekabr 2024 10:40
Çində zəlzələ nəticəsində 9 nəfər ölüb YENİLƏNİB
07 Yanvar 2025 08:19
Çində 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 95ə çatıb YENİLƏNİB2 VİDEO AZƏRTAC
07 Yanvar 2025 12:59
Baxış sayı:107
Bu xəbər 07 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















