Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub
Icma.az, Apa.az saytına istinadən bildirir.
Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunda turistlər üçün nəzərdə tutulan asma körpüdə baş verən qəza nəticəsində 5 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
APA xəbər verir ki, bu barədə məlumatı İli-Kazax Muxtar Dairəsinin Kommunist Partiyası Komitəsinin Təbliğat Şöbəsi yayıb.
"WeChat" sosial şəbəkəsində yayılan açıqlamaya əsasən, hadisə yerli vaxtla saat 18:18-də Çzaosu rayonunun Monqolkürə bölgəsində qeydə alınıb.
Qəzanın səbəbi asma körpünü saxlayan troslardan birinin qırılması olub. Nəticədə körpü əyilib və üzərində olan insanlar yerə düşüblər.
Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb, onların həyatına təhlükə olmadığı bildirilir. Hadisənin baş verdiyi turizm zonasında fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 07 Avqust 2025 06:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















