Icma.az
close
up
RU
Çində Azərbaycanla bağlı tarixi qərar verilə bilər

Çində Azərbaycanla bağlı tarixi qərar verilə bilər

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri, qarşılanması, ona olan xüsusi münasibət böyük hadisədir. İlham Əliyev bir siyasətçi kimi artıq Azərbaycan çərçivəsindən çıxıb. Xüsusilə, Qarabağdakı qələbədən sonra Azərbaycan dünyada qalib dövlət kimi tanınır. Son 3 ildə, ələlxüsus da Rusiya-Ukrayna müharibəsi fonunda İlham Əliyev Azərbaycanı Avropanın enerji təchizatının təmin edilməsində əhəmiyyətli mərkəzə çevirib, ölkəmiz təxminən 12 ölkənin enerji təminatında müstəsna rol oynayır. Bununla da İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın lider dövləti edib”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyev siyasi fiqur kimi, keçmiş sovet respublikası çərçivəsindən çıxıb, Şərqi Avropanın əsas liderlərindən birinə çevrilir. Avqustun 8-də ABŞ-a səfərindən sonra Azərbaycan lideri bir daha dünya siyasəti üçün vacib fiqur olduğunu nümayiş etdirib.
Çində Azərbaycan prezidentinin qarşılanma mərasiminə də toxunan professor qeyd edib ki, Rusiya bu şəkildə qarşılanmayıb: “Bu, Çinin Azərbaycana və onun liderinə olan münasibətindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, Çinlə Azərbaycan arasında yalnız qardaş Qazaxıstan var. Bu səfər zamanı Çin həm Azərbaycana, həm də Qazaxıstana xüsusi marağını və münasibətini açıq göstərdi”.
C. Nuriyev deyib ki, Çində olan Azərbaycan lideri Pakistan baş naziri, Türkiyə prezidenti, Ermənistan baş naziri və digər ölkələrin liderləri ilə müzakirələr aparıb. Belə müzakirələr digər dövlət və hökumət başçıları ilə də aparıla bilər: “Qənaətimcə, bu səfərdə Azərbaycan üçün qeyri-adi hadisə ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi ola bilər. Mən belə bir ehtimalı mümkün sayıram. İndiyə qədər biz ŞƏT-də müşahidəçi statusda olsaq da, Azərbaycan dövlət başçısına göstərilən münasibəti nəzərə alsaq, dediyimin başvermə ehtimalı mümkündür. Əgər bu baş versə, faktiki olaraq Azərbaycan Asiyanın siyasi arxitekturasında rol almış olacaq”.
Professor xatırladıb ki, rəhmətlik Heydər Əliyev 1997-ci ildə “Böyük İpək Yolu”nun bərpası ideyası ilə çıxış edib, bunun həyata keçirilməsinin vacibliyini bildirib: “İndi biz Çin lideri Si Cinpinin “Bir kəmər, bir yol” layihəsindən danışırıq. Bu, əslində “İpək yolu”nun başqa formada olan adıdır. Azərbaycan Si Cinpinin bu layihəsinə dəstək verir. Bu baxımdan indi Azərbaycanla Çin arasında tarix yazılır.
Onu da nəzərə almaq lazımdır ki, Çin dünyanın ikinci iqtisadi gücüdür, burada texnologiya, süni zəka sürətli inkişaf mərhələsindən keçir, bir azdan mümkündür ki, Çin iqtisadi baxımdan dünya birincisi olsun. Qısa müddətdə Azərbaycanı dünya üçün bu qədər vacib nöqtə olmaq həddinə çatdırmaq qeyri-adi hadisədir”.
C. Nuriyev əlavə edib ki, Çinin Azərbaycana böyük marağı var:
“Çin də daxil olmaqla, dünyanın aparıcı ölkələrinin Azərbaycana marağının yaranması prezident İlham Əliyevin apardığı siyasətin reallığı kimi ortaya çıxıb. Biz anlamlıyıq ki, prezident Əliyev Azərbaycanı dəhlizlər ölkəsinə çevirir. Şərq-Qərb dəhlizindən sonra, indi Zəngəzur dəhlizi reallaşır. Çin üçün Avropaya ən qısa yol elə Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə Türkiyə üzərindən mümkündür. Bunlar böyük layihələrdir və onları siyasətdə böyük oynayanlar həyata keçirə bilərlər”.

Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri