Çində Bavi qasırğasına görə 2 milyona yaxın insan təxliyə edilib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çinin şərq sahillərinə yaxınlaşan "Bavi" qaısrğası ilə əlaqədar ölkədə 1,8 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.
“Reuters” xəbər verir ki, qasırğa Yaponiyanın cənubundakı Sakişima adalarına güclü yağış və şiddətli küləklə təsir göstərdikdən, həmçinin Tayvanın şimalı yaxınlığından keçdikdən sonra Çinin böyük şəhərlərindən olan Vençjou istiqamətində hərəkət edir.
Meteoroloqların məlumatına görə, "Bavi" getdikcə zəifləyir və sürəti azalır. Bununla belə, qasırğa hələ də ciddi təhlükə yaradır. Buna səbəb onun daşıdığı böyük həcmdə rütubət və geniş yağış zolaqlarıdır. Bildirilir ki, qasırğanın yağış buludları ölçü baxımından təxminən Fransa ərazisi qədərdir.
Yerli hakimiyyət orqanları mümkün daşqınlar, torpaq sürüşmələri və güclü küləklərlə bağlı əhaliyə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 11 İyul 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















