Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Çində Milli Gün münasibətilə başlayan yeddigünlük "Qızıl həftə" tətili ölkə yollarında böyük tıxaca səbəb olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 1.4 milyard əhalisi olan ölkədə milyonlarla insan tətil günlərini keçirmək üçün yollara çıxıb.
Oktyabrın 1-dən başlayan və ayın 7-dək davam edəcək tətil ölkə üzrə səyahət intensivliyini kəskin artırıb. İnsanların doğma şəhərlərinə və istirahət bölgələrinə getməsi ilə magistral yollar avtomobillərlə dolub.
Havadan çəkilən görüntülərdə avtomobil işıqlarının gecə saatlarında magistralları kilometrlərlə uzanan "işıq çayına" çevirdiyi görünür. Ödəniş məntəqələrinin qarşısında isə onlarla zolağa yayılan avtomobil sıraları yaranıb.
Çində oktyabrın ilk həftəsi ilin ən intensiv səyahət dövrlərindən biri hesab olunur. Milli Gün 1949-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının yaradılmasının elan edilməsinin ildönümü ilə əlaqədardır.
Bizim.Media
Baxış sayı:119
Bu xəbər 05 Oktyabr 2026 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















