Icma.az
close
up
RU
Çində elektromobillər elektrik enerjisi tədarükünün balanslaşdırılması şəbəkəsinə qoşulacaq

Çində elektromobillər elektrik enerjisi tədarükünün balanslaşdırılması şəbəkəsinə qoşulacaq

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Çin elektriklə işləyən avtomobillərin illik satışında və elektromobil parkının həcminə görə dünya lideridir. Bu məqsədlə hökumət doqquz şəhərdə tələbat artımı zamanı şəbəkəni dəstəkləmək üçün ölkənin artan elektrik avtomobil parkından akkumulyator kimi istifadə edəcək pilot layihələrə başlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 2-də Çin hökuməti məlumat yayıb. Beləliklə, bu ölkədə iki istiqamətli doldurma sistemi tətbiq ediləcək və bu sistemdə elektromobil təkcə şəbəkədən yüklənmir, həm də elektrik enerjisini geri qaytarır, eyni zamanda, effektiv şəkildə elektrik şəbəkəsi üçün enerji saxlama cihazı kimi çıxış edir (Vehicle To Grid, qısaldılmış V2G).

“Reuters” xəbər verir ki, bu addım elektrik nəqliyyat vasitələrinin sürətlə qəbulunun enerji istehsalı və ötürülməsi sistemlərini alt-üst edəcəyi ilə bağlı narahatlıqlar fonunda yeni enerji nəqliyyat vasitələrinin şəbəkəyə inteqrasiyasını gücləndirmək üçün Milli İnkişaf və İslahat Komissiyası (NDRC) tərəfindən keçən il qəbul edilmiş qaydalara uyğundur.

Elektromobillər akkumulyator kimi fəaliyyət göstərəcək, enerjini saxlayacaq və onu yenidən şəbəkəyə göndərəcək. Qoşulmuş nəqliyyat vasitələri də pik dövrlərdən qaçmaq və tezliklərin tənzimlənməsi kimi kritik xidmətləri təmin etmək üçün şarj vaxtlarını tənzimləyə biləcəklər. Bu xidmətlərin təmin edilməsi ev sahibləri və ya enerji doldurma məntəqəsi operatorları üçün potensial alternativ gəlir mənbəyi ola bilər.

2030-cu ilə qədər Çində nəqliyyat vasitələri ilə şəbəkələrin qarşılıqlı əlaqəsinin standart sisteminin əsasən başa çatdırılması, bazar mexanizminin daha da təkmilləşdirilməsi, elektromobil-şəbəkə qarşılıqlı əlaqəsinin geniş miqyasda tətbiqi planlaşdırılır. Elektrikli nəqliyyat vasitələri elektrokimyəvi enerji saxlama sisteminin mühüm hissəsinə çevriləcək. İki istiqamətli yükləmə ilə Çin elektrik şəbəkəsini on milyonlarla kilovatlıq çevik enerji tənzimlənməsi ilə təmin etməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri