Çində futbol millisinin keçmiş baş məşqçisi 20 il həbs cəzası aldı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Futbol üzrə Çin milli komandasının keçmiş baş məşqçisi Li Te korrupsiyaya görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The paper” informasiya portalı məlumat yayıb.
Məlumata görə, hökm dekabrın 13-də Hubey əyalətinin Siannin şəhərinin Ara Xalq Məhkəməsi tərəfindən çıxarılıb.
İstintaqın nəticələrinə görə, 2019-cu ildən 2021-ci ilə qədər Li Te vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ümumilikdə 50,89 milyon yuandan (təxminən 7 milyon dollardan) çox rüşvət alıb. O, baş məşqçi postunu qazanmaq üçün də korrupsiya sxemlərinə əl atıb.
Qeyd edək ki, Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Çin prezidenti Si Cinpinin başçılıq etdiyi “beşinci nəsil” liderlərin hakimiyyətə gəlməsi ilə daha da güclənib. Son bir neçə ildə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində təkcə sıravi məmurlar deyil, yüksək rütbəli məmurlar da tutduqları vəzifələrdən məhrum edilərək həbs ediliblər.
Bu mövzuda digər xəbərlər:Keçmiş baş nazir 20 il həbs cəzası aldı FOTO
09 Avqust 2025 22:55
Evertonun keçmiş oyunçusu korrupsiya işində 20 il həbs cəzası aldı
13 Dekabr 2024 20:49
Çində keçmiş şirkət rəhbərinə rüşvətə görə ölüm cəzası verildi
19 Noyabr 2025 17:56
Çində keçmiş məmur korrupsiya üstündə həbs edildi
17 Mart 2025 09:03
Çin millisinin sabiq baş məşqçisinə 20 illik həbs cəzası verilib
30 Aprel 2025 14:10
Baxış sayı:119
Bu xəbər 13 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















