Çində güclü daşqın: 10 ölü, 33 itkin
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Çinin şimal-qərbində yerləşən Gansu əyalətində son iki gündə yağan intensiv yağışlar səbəbindən baş verən ani sel və torpaq sürüşmələri nəticəsində azı 10 nəfər həyatını itirib, 33 nəfərin isə itkin düşdüyü bildirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı rəsmi Xinhua agentliyi yayıb. Bildirilir ki, bölgədə qeydə alınan təbii fəlakətlər çoxsaylı dağıntılara və ciddi insan tələfatına səbəb olub.
Çin Xalq Respublikasının Sədri Şi Cinpin hadisə ilə bağlı açıqlama verərək bölgədə genişmiqyaslı xilasetmə və selə qarşı mübarizə tədbirlərinin dərhal həyata keçirilməsi barədə göstəriş verib.
Bundan əlavə, şiddətli leysan yağışları bəzi bölgələrdə elektrik və telekommunikasiya xidmətlərinin dayanmasına da səbəb olub.
Hazırda ərazidə xilasetmə və axtarış işləri davam etdirilir. Hakimiyyət orqanları sakinləri təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyə çağırır.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Avqust 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















