Çində güclü partlayış: Dünyanın ən böyük pestisid istehsalçısı yanıb FOTOLAR
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çində “Shandong Youdao Chemical Company”nin kimya zavodunda güclü partlayış baş verib. Nəhəng alov topu və qalın qara tüstü buludları yüzlərlə metr havaya qalxıb.
Sfera.az xəbər verir ki, xilasetmə işləri mayın 25-i günortadan sonra davam edib, itkilərin sayı məlum deyil.
Partlayış “Shandong Youdao Chemical Company”nin Qaomi şəhərindəki müəssisəsində baş verib. Yerli sakinlər güclü partlayış səsi eşitdiklərini və bir çox evin pəncərələrinin uçduğunu bildiriblər. Hadisənin səbəbləri araşdırılır.
Şahidlərdən biri bildirib ki, onun evi partlayışdan sözün əsl mənasında sarsılıb. Sakin küçələrin şüşə qırıqları və məişət əşyaları ilə dolu olduğunu, partlayış dalğası ilə küçəyə uçduğunu bildirib.
Hadisə yerinə 232 xilasedici göndərilib.
Yerli yanğınsöndürmə və xilasetmə qurumları hadisə yerinə 55 texnika və 232 nəfər cəlb edib.
Qeyd edək ki, “Shandong Youdao Chemical” ildə təxminən 11.000 ton məhsul istehsal edən xlorpirifos pestisidlərinin dünyanın ən böyük istehsalçısıdır.
Şirkət 2019-cu ildə yaradılıb və 300-dən çox işçisi var. İstehsalçı pestisidlər, əczaçılıq və digər əlaqəli kimyəvi məhsullar üzrə ixtisaslaşmışdır.
“Shandong Youdao Chemical” zavodunun yanında toxuculuq və maşınqayırma şirkəti, eləcə də sənaye boyaları və lakları istehsalı emalatxanası yerləşir.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Çinin Tszyansi əyalətindəki kimya zavodunda da güclü partlayış baş vermişdi. Burada silikon yağı yanmışdı.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 May 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















