Icma.az
close
up
RU
Çində günəş enerjisinin sürətli inkişafı tarixi mərhələyə yaxınlaşır

Çində günəş enerjisinin sürətli inkişafı tarixi mərhələyə yaxınlaşır

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bu il Çində günəş enerjisinin kömürü geridə qoyaraq ölkənin ən böyük enerji mənbəyinə çevriləcəyi gözlənilir. Pekin "yaşıl" enerji keçidini sürətləndirərkən diqqəti təkcə gücün artırılmasına deyil, həm də səmərəlilik, keyfiyyət və balanslı inkişafa yönəldir.

Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazır.

Məlumata görə, iyunun sonuna olan vəziyyətə əsasən, ölkədə günəş enerjisi üzrə ümumi quraşdırılmış güc 1,27 milyard kilovata çatıb. Proqnozlara əsasən, ilin sonunadək bu göstərici kömür elektrik stansiyalarının ümumi gücünü üstələyəcək.

2026-cı ilin ilk yarısında günəş elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox artıb. Güclü istilərin müşahidə olunduğu gündüz saatlarında günəş enerjisi elektrikə olan pik tələbatın təxminən üçdəbirini ödəyib.

Bu dəyişiklik fonunda kömür elektrik stansiyalarının istehsal etdiyi enerjinin payı tarixdə ilk dəfə ümumi elektrik istehsalının 50 faizindən aşağı düşüb. İlk altı ay ərzində kömür stansiyalarında 2,5 trilyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Çinin növbəti beş il üçün hazırladığı bərpa olunan enerji üzrə "yol xəritəsi"nə əsasən, 2030-cu ilə qədər günəş və külək elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 2,8 milyard kilovatı keçməlidir. Müqayisə üçün, bu göstərici 2025-ci ildə 1,84 milyard kilovat olub.

Plana əsasən, bərpa olunan enerji mənbələrinin payı ölkənin ümumi quraşdırılmış enerji gücünün yarısından çoxunu təşkil edəcək, onilliyin sonuna qədər isə elektrik istehsalının 30 faizi məhz bu mənbələrin hesabına təmin olunacaq.

Bununla yanaşı, Çinin günəş enerjisi sənayesi uzun illər davam edən istehsal güclərinin sürətli artımından sonra qiymət rəqabəti ilə üzləşib. Bu səbəbdən Pekin sektorda daha sərt sənaye intizamı tətbiq etməyə başlayıb.

Nəticədə, 2026-cı ilin ilk yarısında sahənin inkişaf tempi əhəmiyyətli dərəcədə zəifləyib. Milli Enerji Administrasiyasının məlumatına görə, yeni quraşdırılan günəş panellərinin gücü illik müqayisədə 66 faiz azalaraq təxminən 72 giqavata enib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 212,21 giqavat təşkil edirdi.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Avqust 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri