Icma.az
close
up
RU
Çində Mehriban Əliyeva fərqi: Ləyaqət, güc və nüfuzun simvolu

Çində Mehriban Əliyeva fərqi: Ləyaqət, güc və nüfuzun simvolu

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə Toplantısı (31 avqust - 1 sentyabr, Tyantszin, Çin) iştarakçı olan dövlət və hökumət başçılarının geniş dairəsi və müzakirə olunan məsələlərin əhəmiyyəti ilə diqqəti cəlb etdi. 

Bununla belə, Ermənistanın Baş naziri Nikol Paşinyanı müşayiət edən kiçik qızı və onun həyat yoldaşı, eləcə də Anna Akpoyanın Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə canlı ünsiyyətdə olması tədbirə əlavə məna verib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Hraparak” yazıb.

Bildirilib ki, ümumiyyətlə, heç bir beynəlxalq müqavilə liderlərin ailə üzvlərinin işdə, rəsmi və ya dövlət tədbirlərində iştirakını birbaşa tənzimləmir. Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası (1961) ölkələrdə akkreditə olunmuş xarici diplomatların (diplomatik korpus) və onların ailə üzvlərinin diplomatik toxunulmazlıq və imtiyazlarına istinad edir, lakin bu, heç vaxt dövlətin ilk şəxslərinə aid olmur. 

Yəni liderlərin ailə üzvlərinin iştirakını tənzimləyən vahid beynəlxalq normalar yoxdur. Hər bir ölkə liderin ailə üzvlərinə hansı statusun veriləcəyinə özü qərar verir. Bərabərlik (paritet) prinsipi ciddi şəkildə yerinə yetirilir: əgər qonaq arvadı (əri) ilə gəlirsə, onu qəbul edən tərəf onlar üçün müvafiq qəbul və mədəni-sosial proqram təqdim etməyə borcludur. 

Tianjin şəhərində də belə olub. Çin Xalq Respublikasının sədri Si Cinpin və xanımı Penq Liyuan qonaqların şərəfinə ziyafət-nahar verib, ziyafətdə nümayəndə heyətlərinin başçıları xanımları ilə birlikdə iştirak ediblər. Xi və Penq qonaqları qırmızı xalçada qarşılayıb, onlarla fərdi və hər kəslə birlikdə xatirə şəkli çəkdiriblər. 

Belə ki, qadınlar prezidentin xanımı (əri) birinci xanım (birinci centlmen) sayılan, protokolla onların iştirakı dövlət həyatının ayrılmaz hissəsi hesab edilən ölkələrdə adətə uyğun mərasimdə iştirak ediblər. Bütün ailə üzvlərinin belə tədbirlərdə  iştirakı sülalə və simvolik xarakter daşıyan və ciddi şəkildə tənzimlənən monarxiyalarda fərqlidir. 

Ümumiləşdirərək demək olar ki, beynəlxalq strukturlar daxilində liderin ailəsinin iştirak formatını müəyyən edən məcburi razılaşmalar yoxdur. Bu, dövlətlərin daxili işi hesab olunur və diplomatik protokol, ənənə və ikitərəfli müqavilələrlə tənzimlənir.

Bəzi ümumi qaydalar

Səfərə dövlət və ya hökumət başçısı gedirsə, onun ailə üzvlərinin olması müşayiət edən amildir. Ailə üzvlərinin mərasim statusu rəhbər statusundan irəli gəlir. Prezidentin arvadı (əri) adətən rəsmi nümayəndə heyətinə daxil edilir və mərasim ardıcıllığında müvafiq yer alır. Bütün hallarda ailənin iştirakı səfərin formatından asılıdır. Əgər dövlət səfəridirsə, o zaman ölkə rəhbəri demək olar ki, həmişə həyat yoldaşı (əri) ilə müşayiət olunur, iş və ya rəsmi səfərlər zamanı onların iştirakı məcburi deyil. 

Paşinyanın azyaşlı qızının atasıyla Çinə səfərində iki mülahizə var. Birincisi, Ermənistan Respublikasının Baş nazirinin Tientsinə səfəri işgüzar səfər idi. İkincisi, belə respublika üsul idarəsi olan  ölkələrində uşaqlar nadir hallarda rəsmi tədbirlərdə iştirak edirlər, bu, monarxiyalarda qəbul edilmiş, hətta məcburi qaydadır.

Dövlət və ya hökumət başçısının həyat yoldaşı (əri) üçün ev sahibi olan tərəf adətən ayrıca proqram tərtib edir. Bura məktəbə, xəstəxanaya, muzeyə, qalereyaya, mədəniyyət, xeyriyyə və digər qurumlara səfər daxildir. Çox vaxt onun rolu sosial, humanitar və mədəni sferalarda vurğulanan “yumşaq diplomatiya”dır. 

Ev sahibi tərəf adətən ər/arvad üçün paralel proqram hazırlayır. Uşaqlar  monarxiya ölkələrində onlar tez-tez yubileylərdə, kral toylarında, ailə mərasimlərində, eləcə də milli bayramlarda iştirak edirlər. Respublikalarda uşaqların iştirakı əsasən şəxsi xarakter daşıyır. Köklü ənənələrə əsasən, birinci xanımlar qeyri-rəsmi məclislərdə, təntənəli qəbullarda, əklil qoyma mərasimlərində ərlərinin yanında olurlar. 

Maraqlıdır ki, dövlət qəbulları zamanı oturma formatı müəyyən ənənələri nəzərə alır, məsələn, həyat yoldaşları heç vaxt yan-yana oturmurlar. Bu arada mərasim fotolarında həyat yoldaşları həmişə ev sahibi tərəflə birlikdə görütülənir.

Burada da diqqət edilməli  bəzi nüanslarar.  Nümayəndə heyətinin rəhbərinin arvadı (əri) ev sahibi ölkənin dini, mədəni xüsusiyyətlərinə, milli adət-ənənələrinə hörmət etməyə borcludur, buna qeyd-şərtsiz geyim və zinət əşyaları daxildir. Ümumiyyətlə, ailə üzvlərinin iştirakı səfər haqqında daha isti təəssürat yaradan, mədəni əlaqələri gücləndirən və qəbul edən ölkəyə hörməti vurğulayan “əlavə diplomatiya” vasitəsidir.

Çinə gedən uşaqlar

Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayla birlikdə sammitə gedib. Bir-iki etibarsız mənbə onun Si Cinpinin yeganə qızı Xi Mingzeyə qarşı “isti hisslər” keçirdiyini yazıb, lakin Nikolayın ondan 12 yaş kiçik olduğunu nəzərə alsaq, bu xəbərin nəinki həqiqətə uyğun olmadığını, həm də qeyri-ciddi olduğunu söyləyə bilərik. 

Aleksandr Lukaşenko ŞƏT-in 25-ci sammiti zamanı oğlunun 21 yaşını qeyd edib. Avqustun 31-də kiçik Lukaşenkonun 21 yaşı tamam olub. Etiket və düzgün davranış qaydaları nöqteyi-nəzərindən qeyd etmək lazımdır ki, rəsmi media uşaqların belə tədbirlərdə iştirak etmək marağına susur və bu, düzgündür, çünki xüsusilə azyaşlı uşaqların iştirakı hətta simvolik xarakter beə daşımır. Beynəlxalq təcrübədə dövlət başçılarının övladları arasında münasibətlərin rəsmi əhəmiyyət kəsb etmir. Amma elan edilmiş nikah və ya rəsmi razılaşma istisnadır. 

Mehriban Əliyeva fərqi 

Ermənistanın Baş naziri Nikol Paşinyan yuxarıda qeyd olunan sammitə həyat yoldaşı Anna Akopyanla gedib, lakin heç bir media orqanı və ya rəsmi mənbə onların azyaşlı qızı Arpinin atası və anası ilə Tyantszinə (Çin) getdiyini qeyd etməyib. Yeri gəlmişkən, İran Prezidentinin qızı Zəhra Pezeşkian da atasının yanında olub, lakin sammitin rəsmi iştirakçısı deyil. N. Paşinyanın arvadı zirvəyə ağ paltarda çılpaq çiyinli və dekolteli ətəkdə çıxıb. Ağ rəng tez-tez Çində matəmlə əlaqələndirilir. 

Çinlilər dəfnlərə avropalılar kimi qara rəngdə deyil, ağ paltarda gedirlər. Buna görə də Çinin təşkil etdiyi rəsmi tədbirlərdə tamamilə ağ paltarlardan qaçmaq adətdir. Üstəlik, çılpaq çiyinlər və enli dekolte həmin ölkədə qadınların rəsmi geyiminin mühafizəkar standartlarına uyğun gəlmir. Çinlilər qonaqlarını təvazökar geyimdə görməyə üstünlük verirlər. 

Təbii ki, əcnəbi qonaqlara qarşı dözümlü yanaşırlar, üstəlik qonaqların geyimi rəsmi olaraq müzakirə olunmasa da, diplomatik mühitdə bunu yerli adət-ənənələrə uyğun olmayan addım kimi də qəbul etmək olar. Yəni Anna Akopyanın paltarının ağ rəngi və bəzi detalları qalmaqal yatmayıb və ya yersiz sayılmayıb, amma bu sapmalar Anna Akopyanın Çin üslubuna uyğun gəlməyən Avropa üslubuna verdiy qiymət hesab edilib.

 Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın geyim tərzi Annanın geyim tərzinin əksinə olub. Çinlilər Mehriban Əliyevanın paltarının qırmızı rəngini ən güclü rənglərdən biri, xoşbəxtlik, uğur və sevinc rəmzi, həyati qüvvənin (qi), zənginliyin, firavanlığın, gücün təcəssümü hesab edirlər. 

Yüksək sosial statusun əlaməti olaraq imperatorlar və elita qırmızı geyinirdi, tünd qırmızı rəng isə ləyaqət, yetkinlik, nüfuz və fəzilətlə əlaqəli olduğu üçün rəsmi qəbullarda yüksək cəmiyyətin iştirakçılarına parlaq qırmızının itaətkar bir kölgəsi kimi göz qamaşdıran görünüş verirdi.
Erməni mətbuatının da etiraf etdiyi kimi, Azərbaycanın Birinci xanımı Mehrban Əliyeva dünyanın diqqətlə izlədiyi bu zirvədə də zirvədə olmağı bacardı.

Tərcümə etdi: Elnarə Kərimova
"Cebheinfo.az" 

Açar sözlər: Şanxay Əməkdaşlıq Təşkilatı Mehriban Əliyeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri