Icma.az
close
up
RU
Çində qalmaqal: Bağçada tərbiyəçilər uşaqlara aylarla zəhərli piroqlar veriblər TƏFƏRRÜAT

Çində qalmaqal: Bağçada tərbiyəçilər uşaqlara aylarla zəhərli piroqlar veriblər TƏFƏRRÜAT

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Çinin Qansu vilayətində yerləşən uşaq bağçasında baş verən kütləvi qurğuşun zəhərlənməsinə görə səkkiz nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı dövlət agentliyi "Xinhua" yayıb.

İlkin istintaqın nəticələrinə görə, uşaqların orqanizminə ağır metal qida vasitəsilə daxil olub. Belə ki, sənaye istifadəsi üçün nəzərdə tutulan, lakin qida sənayesində istifadəsi qəti qadağan olunmuş boyaq maddəsi uşaq menyusunda yer alan məhsullara - xurmalı piroqlara və sosisli xəmir məmulatlarına əlavə olunub.

Xüsusilə narahatedici məqam odur ki, həmin boyaq maddəsinin qablaşdırmasında qida məhsullarında istifadənin qəti qadağan edildiyi aydın şəkildə göstərilib.

Şanxayın "Jibao" qəzetinin məlumatına əsasən, zəhərlənmə nəticəsində 19 uşaq zərər çəkib. Tibbi müayinələr zamanı onların qanında qurğuşunun miqdarı kritik həddən xeyli yüksək olub - bəzi hallarda bu göstərici 400 mikroqram/litri keçib. Halbuki tibbi protokollara görə, 250 mikroqram/litr səviyyəsini keçdikdə artıq xəstəxanaya yerləşdirmə tələb olunur.

Valideynlər bildiriblər ki, son aylarda uşaqlar tez-tez ürəkbulanması, qarın ağrısı, ishal və ayaqlarda zəiflik kimi simptomlardan şikayətləniblər, lakin bu əlamətlərə vaxtında reaksiya verilməyib.

Mütəxəssislər vurğulayır ki, qurğuşun zəhərlənməsi xüsusilə uşaqlar üçün son dərəcə təhlükəlidir. Bu, sinir sisteminin inkişafında geriləmə, ağıl zəifliyi və davranış pozuntuları kimi geri dönməz fəsadlara səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı isə dəfələrlə bəyan edib ki, qurğuşunla təmas üçün təhlükəsiz səviyyə mövcud deyil.

İstintaq çərçivəsində artıq uşaq bağçasının direktoru cinayət məsuliyyətinə cəlb olunub. Qansu vilayətinin yerli hakimiyyəti isə bölgədəki bütün məktəbəqədər təhsil müəssisələrində sanitar norma və qida təhlükəsizliyi qaydalarının ciddi yoxlanacağını vəd edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri