Çində qəribə XƏBƏRDARLIQ: Çəkisi 50 kiloqramdan az olan şəxslər çölə çıxmasın
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin şimal bölgələrində, paytaxt Pekin də daxil olmaqla, güclü fırtına xəbərdarlığı edilib.
Bu barədə Oxu.Az "Mignews"a istinadən xəbər verir.
Məlumata görə, Çinin şimalında milyonlarla sakin bu həftəsonu bölgəni vuracaq ekstremal küləklər səbəbindən evdə qalmağa məcbur olub.
Proqnozlara görə, Pekin, Tyanszin və Hebey bölgələrində aprelin 13-nə kimi Monqolustandan cənub-şərq istiqamətində hərəkət edən soyuq qasırğanın gətirdiyi 150 km/saat sürətdə küləklər gözlənilir.
Bu səbəbdən bölgələrdə kütləvi tədbirlər ləğv edilib və xidmətlər hazırlıq rejiminə keçirilib.
Hakimiyyət orqanları işçilərə dərhal evə qayıtmağı əmr edib, tədris müəssisələrində dərslər dayandırılıb və açıq havada bütün tədbirlər ləğv edilib.
Həmçinin çəkisi 50 kq-a qədər olan şəxslərdən çölə çıxmamaları istənilib. Dövlət KİV-lərində bununla bağlı qeyri-adi xəbərdarlıq edilib və çəkisi 50 kq-dan az olan insanları "asanlıqla küləyin uçura biləcəyi" bildirilib.
Qeyd edək ki, Pekin son on ildə ilk dəfə olaraq fırtınalı külək səbəbindən narıncı təhlükə səviyyəsi xəbərdarlığı elan edib və bu da dörd səviyyəli hava xəbərdarlığı sistemində böyüklüyünə görə ikincidir.
Bildirilir ki, Monqolustandan gələn güclü küləklər ilin bu vaxtında adi hal olsa da, mütəxəssislərin qiymətləndirmələrinə görə, qarşıdan gələn qasırğa bölgədə son illərdəki ən güclüsü olacaq.
"Bu qasırğa son dərəcə güclüdür, uzunmüddətlidir, geniş ərazini əhatə edir və böyük fəsadlar törətmək potensialına malikdir", - deyə Pekin Meteorologiya Xidmətindən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Aprel 2025 06:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















