Icma.az
close
up
RU
Çində “Raqasa” qasırğası ilə əlaqədar 370 mindən çox sakin təxliyə edilib

Çində “Raqasa” qasırğası ilə əlaqədar 370 mindən çox sakin təxliyə edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pekin, 23 sentyabr, AZƏRTAC

Çinin Quandon əyalətində yaxınlaşan güclü “Raqasa” qasırğası ilə əlaqədar 371 min sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, əyalətin fövqəladə halların idarəedilməsi departamenti ilin 18-ci, həm də ən güclü qasırğası olan “Raqasa”nın törədə biləcəyi zərərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görür. Ümumilikdə 80 mindən çox balıqçı qayığı limanlara geri qayıdıb, açıq dənizdə çalışan 12 mindən çox işçi sahilə qaytarılıb. Sürətlə hərəkət etməsinə baxmayaraq, gücünü saxlayan “Raqasa”nın sentyabrın 24-də Quandon əyalətinin Cuhay şəhərinə və Suven rayonuna çatması gözlənilir.

Çin Dövlət Meteorologiya Mərkəzi tayfunun gətirəcəyi küləyin sürətinin saniyədə 60 metrə çatacağını, bundan başqa, tayfunun güclü yağıntı gətirəcəyini də proqnozlaşdırıb. Quandon ilə yanaşı Ciansu və Anhuy əyalətlərində, Tayvan adası və Honkonqda da fəsadlar törədəcəyi güman olunur.

“Raqasa”nın törədə biləcəyi fəsadlar nəzərə alınaraq Quandon əyalətində xəbərdarlıq səviyyəsi ən yuxarı həddə qaldırılıb. Əyalətin sel, quraqlıq və küləklə mübarizə qərargahı bütün yerli qurumlara, təşkilatlara ən yüksək səviyyədə hazırlıq görmək barədə xəbərdarlıq edib. Bura tədrisin, istehsalın, inşaatın, digər iş fəaliyyətlərinin, ictimai nəqliyyatın hərəkətinin dayandırılması da daxildir. Artıq Quancou, Cuhay, Şencen kimi iri şəhərlər də daxil olmaqla 11 şəhərdə sözügedən qabaqlayıcı tədbirlərin tətbiqinə qərar verilib. Çin Milli Dəniz Neft Korporasiyasının dənizdəki 31 platformadan 5 min 200-ə yaxın neftçini təxliyə edib.

Super güclü tayfun kateqoriyasından olan “Raqasa”nın Quandondan sonra Quansi Cuan Muxtar Rayonuna keçəcəyi üçün həmin bölgədə də qabaqlayıcı tədbirlərə start verilib. Bütün bərə səfərləri təxirə salınıb. Veycou adasından 6 min turistin təxliyəsinə qərar verilib. Haynan adasında və Honkonq xüsusi inzibati ərazisində da dərslər, bərə və qatar səfərləri, biznes və istehsal dayandırılıb. Honkonq və Makau xüsusi inzibati əraziləri də daxil olmaqla Çində 700-dən çox uçuş ləğv edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri