Çində şiddətli yağışlar nəticəsində 10 nəfər ölüb
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Çinin cənub və mərkəzi hissələrində şiddətli yağışlar genişmiqyaslı daşqınlara səbəb olub
Çinin cənub və mərkəzi hissələrində şiddətli yağışların yaratdığı genişmiqyaslı daşqınlar nəticəsində ən azı 10 nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Çinin cənub və mərkəzi hissələrində şiddətli yağışlar genişmiqyaslı daşqınlara səbəb olub və ən azı 10 nəfərin ölümünə, məktəblərin və müəssisələrin bağlanmasına, nəqliyyat və enerji təchizatının pozulmasına səbəb olub.
Çin Meteorologiya Agentliyi daşqının əsas zərər çəkən əyalətlərin Jiangxi, Anhui, Hunan, Hubei, Guangxi, Guangdong və Hainan olduğunu bildirib. Guangxi səlahiyyətliləri 4000-dən çox sakin üçün 99 yerdə müvəqqəti sığınacaqlar qurub və 7000 nəfəri təxliyə edib.
Növbəti iki gün ərzində şiddətli hava şəraiti tədricən Çinin şərq və cənubuna doğru dəyişəcək. Mayın 20-dən etibarən ən güclü yağışların Yantszi çayının orta və aşağı axınlarında yağacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 May 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















