Çində sulfat turşusu buxarından zəhərlənmə: Ölənlər və yaralananlar var
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Çinin Henan əyalətindəki "Hexin Chemical" müəssisəsində sulfat turşusu buxarından zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Xiaoxiang Chenbao" qəzeti məlumat verib.
Məlumata görə, hadisə nəticəsində 5 işçi ölüb, daha 3 işçi zərər görüb.
"Hebi şəhərinin Şançen rayonunda baş verən hadisə nəticəsində xəsarət alan bir nəfərin vəziyyəti ağırdır, onun həyati əlamətləri stabildir, iki nəfər isə yüngül xəsarətlər alıblar", - deyə qəzet yazıb.
İlkin araşdırmaya görə, içində sulfat turşusu olan qabın daşınması zamanı maddə ətrafa dağılıb və müəssisənin septik çəninə daxil olub, bu da nəticədə zəhərli tüstülərin əmələ gəlməsinə səbəb olub. Hadisədən sonra təcili şəkildə fövqəladə bərpa işlərinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Sentyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















