Icma.az
close
up
RU
Çində sürəti saatda 450 kilometrə çatan qatarın prototipi hazırlanıb AZƏRTAC

Çində sürəti saatda 450 kilometrə çatan qatarın prototipi hazırlanıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Pekin, 30 dekabr, AZƏRTAC

Çində sürəti saatda 450 kilometrə çatan sərnişin qatarı CR450-nin prototipi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, istehsalçı olan Çin Dövlət Dəmir Yolu Qrupu qatarın yeni dünya standartlarını təyin edərək əməliyyat sürəti, enerji səmərəliliyi, səs-küyün azaldılması və əyləc səmərəliliyi kimi əsas sahələrdə digər modelləri üstələdiyini bildirib. Qatarın maksimum sürəti saatda 450 kilometr olsa da, onun əməliyyat sürəti 400 km/saat təyin edilib.

İstehsalçı yeni qatarın hərəkət müqavimətini 22 faiz, çəkisini isə 10 faiz azaltmaqla, enerji səmərəliliyini artırıb. Sürətin artmasına baxmayaraq, bu optimallaşdırmalar enerji istehlakını minimuma endirir və daha yüksək əməliyyat sürətində sabitlik təmin edir. CR450 hazırda Çində istismar olunan CR400-dən daha sürətli olmasına baxmayaraq, əyləc məsafəsi eynidir.

Qatarın interyeri sərnişinlərin rahatlığını artırmaq üçün dəyişdirilərək salonun sahəsi 4 faiz çoxaldılıb. Tənzimlənən baqaj rəfləri, velosipedlərin, əlil və uşaq arabalarının, digər iri əşyaların saxlanması üçün universal otaq sərnişinlərin tələbatını ödəməyə imkan verir.

Qatar saatda 400 kilometr sürətdə 17 komponent üzrə sınaqdan keçirilib. Bundan başqa, 3 min stimulyasiya, 2 min platforma testi baş tutub. CR450-nin yaxın vaxtlarda kütləvi istehsalına və istismarına başlanılması planlaşdırılıb.

Qeyd edək ki, Çin hazırda dünyada ən böyük sürətli dəmir yolu şəbəkəsinə malikdir. Ölkənin saatda 200 km/saat-dan yuxarı sürətli qatarlar üçün nəzərdə tutulan dəmir yollarının uzunluğu 47 min kilometrə çatır ki, bu da bütün dünya üzrə sürətli dəmir yolu şəbəkəsinin təxminən 70 faizi deməkdir. Əhalisinin sayı 500 mindən yuxarı olan şəhərlərin 75 faizi sürətli dəmir yolu şəbəkəsinə qoşulub. Amma Çin bununla da kifayətlənmir, 2035-ci ilədək sürətli dəmir yolu şəbəkəsinin 70 min kilometrə çatdırılması planlaşdırılıb. Çində sürətli qatarlarla il ərzində daşınan sərnişinlərin sayı 2015-ci ildə 1 milyard, 2018-ci ildə 2 milyard, 2023-cü ildə isə 3 milyard nəfəri ötüb. Bu il bu rəqəmin 4,3 milyard olacağı gözlənilir. Sürətli dəmir yolu sistemi Çin iqtisadiyyatının gücünün, sürətli modernləşməsinin, texnoloji tərəqqisinin rəmzinə çevrilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri