Çində yaşlı qadını qorxudan humanoid robot polis tərəfindən “saxlanıldı” − Video
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Çinin Makao şəhərində yaşlı bir qadının iştirakı ilə baş verən hadisədən sonra humanoid robot polis tərəfildən “saxlanılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Futurism” yerli mediaya istinadən məlumat yayıb.
Polisin məlumatına görə, hadisə axşam saatlarında Patan rayonunda yaşayış kompleksinin yaxınlığında baş verib. Saat 21:00 radələrində 70 yaşlı qadın küçədə telefonuna baxarkən arxasında “Unitree G1” humanoid robotu görüb. İnternetdə yayılan videoda qadın emosional olaraq narazılığını ifadə edir və robotun onu qorxutduğu iddia edir.
Kadrlarda robotun qollarını qaldırdığı, bundan sonra iki polis məmurunun yaxınlaşıb onu uzaqlaşdırdığı görünür. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cihaz təhsil mərkəzinə məxsusdur və təbliğat tədbirləri üçün istifadə olunub. Robot hadisədən sonra operatoruna qaytarılıb. Ona ictimai yerlərdə avadanlıq işlədərkən ehtiyatlı olmaq xatırladılıb. Mərkəz nümayəndəsi robotun ərazini tərk etdiyini və qadının telefonunu yoxlayarkən qəfildən sürətini azaltdığı üçün arxasında dayandığını izah edib.
Polis gəldikdən sonra qadın özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb, daha sonra evə buraxılıb.
Bu mövzuda digər xəbərlər:Çində humanoid robot uşağa təpik atdı Video
08 İyun 2026 18:44
Çində yüksəkvəzifəli məmur saxlanıldı
10 Avqust 2025 15:00
Çində smartfon qiymətinə humanoid robot satışa çıxarılıb
24 Oktyabr 2025 23:38
Tbilisidə etirazçılar polis tərəfindən saxlanıldı VİDEO
16 Noyabr 2024 15:48
Çində humanoid robot 100 km yol qət edərək dünya rekordunu yeniləyib VİDEO
29 Noyabr 2025 18:30
Baxış sayı:194
Bu xəbər 14 Mart 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















