Icma.az
close
up
RU
Çindən 107 min dollarlıq uğur, Amerikada ödənişsiz təhsil MÜSAHİBƏ

Çindən 107 min dollarlıq uğur, Amerikada ödənişsiz təhsil MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər bir uğurlu gənc gələcəyin qurucusudur. Onlardan biri də Ayxan Kazımlıdır.

O, ABŞ-də ali təhsil almaq şansı qazanmış gənc və istedadlı bir tələbədir. Onun bu uğuru, sadəcə fərdi zəhmətin nəticəsi deyil, eyni zamanda minlərlə gənc üçün bir motivasiya mənbəyidir.

Modern.az xəbər verir ki,AzEdu.az  təəssüratlarını öyrənmək üçün həmin gənclə əlaqə saxlayıb.

Ayxan bu ildən Amerikada bakalavr üzrə təhsil alacaq. O bundan öncə 2 il müddətində Çində United World College Changshu kollecində tam təqaüdlü təhsil alıb.

Ayxanla, müsahibəni təqdim edirik:

- Ayxan bəy, sizi ilk növbədə təbrik edirik. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.

- Təşəkkür edirəm. Mən, Ayxan Kazımlı. Əslən Kəlbəcər rayonu Başlıbel kəndindənəm. Məcburi köçkün ailəsində dünyaya gəlmişəm. İbtidai sinif təhsilimi Bakı şəhər 314 nömrəli tam orta məktəbdə almışam. Daha sonra bir il Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə oxumuşam. 2020-ci ildə mərkəzləşdiriulmiş imtahanla Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinə daxil olub, 2023-cü ilə qədər həmin məktəbdə təhsil almışam. 2023-cü ildə isə, UWC Chansghu məktəbindən tam təqaüd alıb, Çinə təhsil almağa yollanmışam. Belə ki, həmin liseydə 11-12-ci sinfi IB Diplom Proqramı ilə oxumuş və mayın 24-də UWC Changshu kollecindən məzun olmuşam.

- Qeyd etdiniz ki, 2 il müddətində Çində təhsil almısınız. Həmin ölkənin təhsil sistemi ilə bağlı nələri deyə bilərsiniz?

- Çində təhsil aldığım məktəb Böyük Britaniyada təsis olunan Birləşmiş Dünya Kolleclərindən biri idi. Mən orada dünyanın 120-dən çox ölkəsindən gəlmiş tələbələrlə birlikdə təhsil alırdım. Məktəbin tədris sistemi və IB Diplom Proqramı beynəlxalq səviyyəli olduğu üçün Çinin təhsil sistemi ilə bağlı tam məlumatım yoxdur. Amma oradakı çinli dostlarımdan eşitdiyimə görə, lokal məktəblərdə çox çətin və fokuslu təhsil sistemi var. Bizimlə birlikdə təhsil alan çinli həmyaşıdlarım rəqabətli təhsil mühitində kifayət qədər uğurlu idilər.

 - Niyə məhz Çini seçdiniz?

- Birləşmiş Dünya Kolleclərinin dünyanın 18 fərqli ölkəsində məktəbi fəaliyyət göstərir. Birləşmiş Dünya Kollecinin məktəbləri Avropanın bir çox ölkəsində - İtaliyada, Almaniyada, bundan əlavə, Çində, Taylandda, Sinqapurda, Kanadada, Amerika Birləşmiş Ştatlarında, Afrika qitəsində və daha saymadığım bir çox ölkələrdə mövcuddur. Tələbələrin məktəblərə qəbulu Milli Komitələr tərəfindən aparılır və tələbələrin gələcəkdə təhsil alacaqları sahələrə uyğun məktəblərə göndərilir. Azərbaycanlı tələbələr müraciətləri UWC Azərbaycan milli komitəsi üzərindən edir və bu məktəblərə təqaüd almağımız üçün məhz könüllü şəkildə çalışan milli komitə üzvləri tam dəstək göstərirlər. Onların seçimlərinə əsasən isə mən Çində yerləşən UWC məktəbinə namizəd seçilmişdim və mən də təklifi qəbul etdim.

-Bəs, Çin məktəbinə hansı proqramla qəbul olmusunuz?

- Dediyim kimi, UWC Azərbaycan Milli Komitəsi üzərindən müraciət etmişdim. UWC Changshu məktəbi tərəfindən isə 2 illik olmaqla, 107 min dollar təqaüd qazanmışdım. Bu maddi dəstək məktəb və UWC hərəkatına dəstək olan xeyriyyəçilər tərəfindən qarşılanır. Həmin maddi dəstək olmasa, yəqin ki, mənim Çində təhsil almağım da mümkün olmayacaqdı.

- Çinin hansı şəhərində oxuyurdunuz?

Mənim oxuduğumkollecChangshuşəhərində yerləşirdi. Bu şəhər Şanxaya təxminən 2 saatlıq məsafədə yerləşirdi. Kollec şəhərin kənarında meşə və göllə əhatə olunan sakit bir yerdə idi. Kollecdə bütün infrastruktur tələbələrin daha keyfiyyətli təhsil alması, sosiallaşması, sağlam həyat tərzi keçirməsinə hesablanmışdı. Kollec ərazisini yalnız həftə sonları müəyyən saatlarda tərk edə bilərdik, bir şərtlə ki, axşam saat 9:30-da kollecə qayıdaq. Kollecdə sərt qaydalar mövcud idi. Akademik göstəriciləri zəif olan, o cümlədən davranış qaydalarını pozan tələbələrə heç bir güzəşt edilmirdi. Hətta məktəb ərazisində siqaret çəkdiyi üçün kollecdən qovulan həmyaşıdlarımın da olduğunu, təəssüflə qeyd etməliyəm. Kollecin bütün idman növlərində komandaları var idi. Mən ilk ildə futbol komandasında idim. İkinci il dərslərim daha da ağırlaşdığı üçün mütəmadi davam edə bilmədim. Amma məktəb komandası ilə birlikdə şahmat yarışına qatıldım.  

- Çində olduğunuz müddət ərzində ən çox təəccübləndiyiniz və ya öyrəşməkdə çətinlik çəkdiyiniz nə oldu?

-İlk növbədə onu qeyd edim ki, Çinə getmədən öncə insanlarla bağlı önyarğım var idi. Lakin getdikdən sonra gördüm ki, insanlar əslində daha çox səmimidirlər və mədəniyyətlərini çox sevdim. "Mədəniyyət şok"larından biri isə insanların olduqca yüksək səslə danışması oldu mənim üçün.

- Xaricə ilk səfəriniz idi?

-Bəli, ilk səfər də sayıla bilər. Bundan öncə yalnız Gürcüstan və Türkiyədə ailəmlə birlikdə olmuşdum. Çinə ilk getdiyim zaman isə 16 yaşındaydım.

-Bəs tək, yoxsa ailə üzvlərinizlə getmişdiniz?

-Xeyr, tək getmişdim.

- Tək getmək, şəraitə uyğunlaşmaq sizə çətin olmadımı?

-İlk dəfə gedən zaman nə ilə qarşılacağımı bilmirdim. Lakin 3-4 aydan sonra öyrəşməyə başladım. Tətil vaxtı vətənə qayıdırdım. Əslində, deyərdim ki, xaricdə olmaq insanın Vətənə olan sevgini daha da artırır. 2 il qısa müddət deyildi. Düşünürəm ki, erkən yaşda xaricə getmək, ailədən ayrı yaşamaq insanı daha yetişkin edir.

- Çin mətbəxi ilə aran necə idi? Həmin yeməklərə necə alışa bildiniz?

-Çin böyük ölkədir. Mən Çinin 3 müxtəlif bölgəsində olmuşam. Həqiqətən də bizim mətbəxlə çox fərqlidir. Bəzi yerlər var ki, onlar daha çox acı yeməklər yeyirlər. Bəzi bölgələrdə dəniz məhsulları çox istifadə olunur. Həqiqətən, zəngin mətbəxləri var. Mənim təhsil aldığım məktəb beynəlxalq təhsil ocağı olduğu üçün burada hər gün Çin yeməkləri yemirdik. Müxtəlif seçimlərimiz varı idi. Dünyanın müxtəlif yerlərindən olan yeməklər bişirilirdi.

İlk təhsil aldığım il çinlilərin yeni il bayramında 15 gün bir Çin ailəsində qaldım. Ailə mənə kifayət qədər həsas yanaşdı. Demək olar ki, bizim ölkədə olduğu kimi qonaqpərvərlik göstərdilər. Mən ailədə qaldığım zaman onlar daha çox mənim istəklərimə görə qidalanırdılar deyə, həmin vaxt da çox Çin yeməyi yemədim.

- Liseydə tədris hansı dil idi?

- Tədris tamamilə ingilis dilində idi. Amma məktəbin maraqlı daha bir qaydası var idi. Hər bir tələbə məktəbi bitirənədək mütləq öz ana dilindən də imtahan verməli idi. Bu təkcə dil imtahanı deyildi. Mən Azərbaycan ədəbiyyatdan və dünya ədəbiyyatından seçilən iki əsərin müqayisəli təhlilini aparıb həm də dil imkanlarını göstərməli idim. Mənə bu dərsi vermək üçün məktəb xüsusi vəsait ayırmışdı. Mən həmin imtahanı ilk ildə verərək maksimum “7” baldan “7” almışdım. Düşünürəm ki, ailəmin hələ ibtidai sinifdən məni bədii ədəbiyyat oxumağa təşviq etməsinin də bu nəticənin əldə olunmasında xüsusi rolu oldu.

- Bəs necə oldu ki, Amerikada təhsil almağa qərar verdiniz?

Çinə orta məktəbi bitirmək məqsədilə getmişdim. Daha sonra təhsil sahəmi kompüter elmləri üzrə seçdim. Düşündüm ki, bu sahə xüsusilə Amerikada daha çox inkişaf edib və orada təhsil almaq mənim üçün daha məqsədəuyğun olar. Əslində məzun olduqdan sonra müraciət etdiyim universitetlər arasında Çində olanlar da var idi. Lakin Çində artıq 2 il yaşamışdım və hesab etdim ki, daha uzun müddət orada qalmaq mənim üçün uyğun olmaz. Fikirləşdim ki, fərqli ölkələrə gedərək daha çox mədəniyyətlə tanış olmaq və təhsilimi beynəlxalq mühitdə davam etdirmək mənə daha geniş imkanlar qazandırar.

-- Amerikaya qəbul xəbərini nə zaman aldınız?

- Qəbul xəbərlərini müxtəlif vaxtlarda – dekabrda, fevralda və digər dövrlərdə aldım. Müəyyən faizlə qəbul aldığım Universitetlər də var.  Amma ABŞ-ın dörd universitetindən 100% təqaüdlə qəbul almışam. Hələlik Amerikaya yola düşməmişəm, lakin həmin universitetlərin nümayəndələri məktəbimizə gəlmiş və bizimlə görüşmüşdülər.

Təhsilimi kompüter elmləri üzrə davam etdirəcəyəm. Hesab edirəm ki, təhsil alıb qayıtdıqdan sonra bu sahədə öz ölkəmə daha çox fayda verə bilərəm.

- Gələcəklə bağlı hansı hədəfləriniz var?

- Hazırda əsas məqsədim kompüter elmləri üzrə təhsilimi davam etdirməkdir. Texnologiyanı insanların yaxşılığı üçün istifadə etmək istəyirəm. Qeyd etdiyim kimi, ölkəmə faydalı olmaq əsas hədəflərimdən biridir.

-Təhsil aldığınız sahədə Azərbaycana qayıdıb işləməyi düşünürsünüzmü?

-Təhsilimi başa vurduqdan sonra Vətənə qayıtmağı düşünürəm. Əsas məqsədim də Azərbaycana faydalı olmaq, bacarığımı ölkəmin daha da inkişafı üçün ortaya qoymaqdır.  

- Gələcəkdə xarici vətəndaşla ailə qurmağı düşünürsünüzmü?

- Hazırda belə bir fikrim yoxdur. Dil, irq və din baxımdan təbii ki, fərq qoymuram. Yenə də günün sonunda bunu həyat göstərər.

- Xaricdə təhsil almaq istəyən tələbələrə hansı tövsiyələri verərdiniz?

Tələbələrə tövsiyəm odur ki, ilk növbədə ingilis dilini yaxşı öyrənsinlər. Çünki əlçatanlıq dildən başlayır. Öz maraqlarına uyğun sahə seçsinlər. Əllərində olan imkandan maksimum yararlanmağa çalışsınlar. Yaxşı təhsil almaq üçün ən kiçik imkanlardan belə yararlanmağa çalışsınlar. Bir az iradə nümayiş etdirsələr həmin kiçik imkanların təhsil həyatında onlara böyük üfiqlər açaçağı şübhəsizdir. Ən azından mən belə edərək nəticələr əldə etmişəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri