Icma.az
close
up
RU
Çindən 54 ölkəyə 10 günlük vizasız keçid icazəsi

Çindən 54 ölkəyə 10 günlük vizasız keçid icazəsi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Çin 54 ölkənin vətəndaşlarının digər ölkələrə səyahət edərkən Çindən keçmək üçün vizasız qalma müddətini 10 günə qədər uzatdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Milli İmmiqrasiya İdarəsindən (NIA) edilən şərhə görə, 72 saat 144 saat olaraq tətbiq edilən pulsuz tranzit müddəti buna görə ABŞ, İngiltərə, Kanada, Rusiya və Braziliyanın da olduğu 54 ölkənin vətəndaşları üçün 240 saata yüksəldilib, üçüncü ölkəyə və ya bölgəyə keçdikləri zamanı Çində 10 günə qədər vizasız qala biləcək.

Viza azadlığı Çinin 24 əyalət səviyyəli inzibati vahidində 60 beynəlxalq gömrük keçidindən istifadə edən səyahətlər üçün etibarlı olacaq.

Çin COVID-19 epidemiyasından sonra azalan xaricə səyahətləri canlandırmaq üçün 2023-cü ilin noyabr ayında 54 ölkə vətəndaşlarına bəzi bölgələrdə 72 saat, bəzi bölgələrdə 144 saat vizasız giriş imkanı verib. 

Proqramın ilkin variantında vizadan azadolma dövlət səviyyəsində 24 inzibati vahiddə 60 beynəlxalq gömrük keçidi ilə məhdudlaşdırılıb.

Pekin administrasiyası müxtəlif ölkələrlə viza azadlığı tənzimləmələri edərək xaricdən Çinə səyahətləri artırmağı da hədəfləyir.

2023-cü ilin dekabr ayında 6 ölkə ilə başlayan və 15 günlə məhdudlaşdırılan viza azadlığı proqramına daxil olan ölkələrin sayı 38-ə çatıb, müddəti isə 30 günə qaldırılıb.

Hazırda Çin 18 ölkəyə standart pasport sahibləri üçün qarşılıqlı vizadan azad edir. Bir çox ölkələrlə, o cümlədən Türkiyə ilə diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza güzəştləri mövcuddur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri