Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ Yanvarın 1 dək sata bilməsələr... RƏSMİ
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Rəsmi avtosalonlar, fiziki şəxslər noyabr-dekabr aylarında daha çox avtomobil gətirdilər ki, güzəşt dövründən sonacan istifadə etsinlər.
Bir neçə gündür ki, rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız”.
Bu fikirləri REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Facebook” hesabında yazıb.
O, sözügedən vəziyyətin iş adamlarını çətin duruma saldığını bildirib:
“Bəziləri gətirdiyi maşınları qohum-dost adına rəsmiləşdirirlər ki, 2026-cı ilə qalmasın - bu isə əlavə xərc deməkdir”.
Qeyd olunan iddialarla bağlı İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, 1 yanvar 2026-cı il tarixindən etibarən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı üzrə tətbiq edilən ƏDV azadolması ləğv olunur:
“Eyni zamanda, hibrid avtomobillərə münasibətdə 1 yanvar 2026-cı il tarixində başa çatan ƏDV güzəşti də uzadılmayacaq. Vergi qanunvericiliyinə əsasən, ƏDV-nin tətbiqi vergitutma əməliyyatının baş verdiyi tarixə, yəni avtomobilin satıldığı tarixə görə müəyyən edilir.
Bu baxımdan, 2025-ci ildə idxal edilmiş, lakin 2026-cı ildə satışı həyata keçirilən elektrik və hibrid avtomobillərin satışına qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tətbiq olunmalıdır.
Qeyd etmək lazımdır ki, ƏDV istehlak vergisi xarakteri daşıyır və faktiki olaraq son istehlakçı tərəfindən ödənilir. Bu səbəbdən avtomobil satışı ilə məşğul olan sahibkarlar və vergi ödəyiciləri üçün əlavə vergi yükü yaranmır. ƏDV məbləği avtomobilin satış qiymətinə daxil edilərək alıcıdan tutulur və müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilir.
Beləliklə, 2026-cı ildən sonra həyata keçirilən satış əməliyyatları üzrə ƏDV-nin tətbiqi qanunvericiliyin tələblərinə tam uyğundur və hər hansı geriyə şamil olunan vergi tətbiqi hesab edilmir”.
Qeyd edək ki, 2026-ci il yanvarın 1-dən etibarən elektrik və hibrid avtomobillərə ƏDV-nin tətbiq olunması son həftələrdə Çindən avtomobil idxalını kəskin artmasına səbəb olub. Sözügedən vəziyyət avtomobil bazarında ajiotaj yaradıb.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 25 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















