Icma.az
close
up
RU
Çindən Bakıya gələn qatarların sayı xeyli artdı

Çindən Bakıya gələn qatarların sayı xeyli artdı

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən Orta Dəhliz ilə 225 blok-qatar qəbul edib.

Bu barədə ADY-dən Axar.az-a məlumat verilib.

Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin 7 ayında ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur", - məlumatda deyilir.

Qeyd olunub ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə yükdaşımalarda artım dinamikası müşahidə olunur və 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib.

ADY bildirir ki, Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında üçtərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə səmərəli əməkdaşlıq məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin 7 aylıq fəaliyyətinin yekunları müzakirə edilib. Tərəflər Orta Dəhlizin imkanlarının artırılması, xüsusilə dəhliz üzrə xidmətlərin rəqəmsallaşmasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyəti, bu addımın Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda CRCT şirkətinin birgə müəssisəyə qoşulması yekdilliklə qəbul edilib və müvafiq protokol imzalanıb.

Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstanın “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsi çərçivəsində əməkdaşlığı Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə, vahid pəncərə vasitəsilə müştəri rahatlığının artırılmasına yönəlib. Çin şirkətinin bu müəssisəyə qoşulması ilə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərinin təşkili üçün yeni imkanlar yaranacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Avqust 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see148

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see143

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see122

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri