Çindən Laricaninin öldürülməsinə REAKSİYA: Bu qəbuledilməzdir
Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin beynəlxalq münasibətlərdə hərbi güc tətbiqinə qarşıdır və İsrail ordusunun istənilən yüksək vəzifəli İran məmurunu öldürmək səlahiyyəti aldığı barədə xəbərlərdən şoka düşüb.
Sitat.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib.
"Çin bu açıqlamadan şoka düşüb. Biz həmişə beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxmışıq. İran rəsmilərinin öldürülməsi və mülki hədəflərə hücumlar daha da qəbuledilməzdir", - deyə diplomat bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Yaxın Şərqdəki müharibə hazırda gərginləşir və gərginlik artır: "Çin regiondakı vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün müvafiq tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırır".
Əvvəllər İsrail ordusunun rəhbərlərinin əvvəlcədən razılığı olmadan İranda yüksək vəzifəli məmurlara qarşı qəsdən sui-qəsdlər həyata keçirə biləcəyi bildirilirdi. İsrail mediasının verdiyi xəbərlərdə İsrailin Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri İsrael Katsın orduya bu səlahiyyəti verdiyi iddia olunur.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 Mart 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















