Icma.az
close
up
RU
Çindən xəbərdarlıq: Amerikaya getməyin

Çindən xəbərdarlıq: Amerikaya getməyin

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin, ABŞ-la yaşanan tarif böhranı və artan siyasi gərginlik fonunda öz vətəndaşlarına səyahət xəbərdarlığı edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyinin bəyanatında bildirilib."Çin və ABŞ arasında iqtisadi-ticarət əlaqələrinin pisləşməsi və ABŞ-da mövcud olan təhlükəsizlik vəziyyəti ilə əlaqədar çinli turistlər Amerikaya səyahət risklərini qiymətləndirməli və ehtiyatlı olmalıdırlar", - deyə bəyanatda qeyd olunub.  Eyni zamanda, Çin Təhsil Nazirliyi də ABŞ-nin Ohayo ştatında qəbul edilən qanun layihəsinə diqqət çəkib.

Sözügedən layihədə çinli tələbələrə qarşı mənfi müddəaların yer aldığı qeyd edilərək, nazirlik aşağıdakı xəbərdarlığı yayıb:

"Xaricdə təhsil alan tələbələrə ABŞ-nin həmin ştatında təhsil almağı planlaşdırarkən təhlükəsizlik risklərini diqqətlə qiymətləndirmələrini xatırladırıq".Qeyd edək ki, Ohayo ştatının Nümayəndələr Palatasında müzakirə edilərək qəbul edilən bu qanun layihəsi, dövlət büdcəsindən maliyyə alan universitetlərə Çinlə əlaqəli fəaliyyətləri əsas gətirərək "xarici təsirləri məhdudlaşdırmağa yönəlmiş tədbirlər" görməyi zəruri sayır.

Xatırladaq ki, Donald Tramp aprelin 2-də "qarşılıqlı" tarif tədbirlərini açıqlayıb.ABŞ-nin Çindən idxal etdiyi məhsullara tətbiq edilən vergi əvvəlcə 34 faiz təşkil edib. Əvvəlki rüsumlarla birlikdə bu göstərici 54 faizə yüksəlib. Çin isə ABŞ-nin bu addımına cavab olaraq eyni nisbətdə, 34 faizlik tariflə qarşılıq verib.

Buna cavab olaraq Tramp Çinə bir gün möhlət verərək xəbərdarlıq edib ki, əgər Çin bu "qisas" addımından geri çəkilməsə, əlavə 50 faiz tarif tətbiq olunacaq.
ABŞ bu gün, yerli vaxtla saat 00:00-dan etibarən, Çindən idxal edilən mallara gömrük tariflərini 104 faizə çatdırıb. Çin isə geri çəkilməyərək öz cavab tarifini 34 faizdən 84 faizə yüksəldib.Sonda Tramp Çinin "dünya bazarlarına hörmətsizlik etdiyini" iddia edərək tarifləri 125 faizə qədər artırıb.Bununla belə, ABŞ digər ticarət tərəfdaşları üçün tətbiq ediləcək yeni tarif qərarlarını 90 gün təxirə salmağa qərar verib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri