Icma.az
close
up
RU
“Cinema Talks” adlı panel müzakirəsi aparılıb

“Cinema Talks” adlı panel müzakirəsi aparılıb

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi keçirilib.

Kulis.az xəbər verir ki, əvvəlcə kino sənayesinin inkişafı sahəsində görülən işlərə dair videoçarx nümayiş olunub.

Panel müzakirəsindən əvvəl Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) əməkdaşı Səbinə Bağırova "Azərbaycan ərazisində xarici filmlərin istehsalı" mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, xarici filmlərin ölkədə çəkilməsi yerli kino mütəxəssisləri üçün yeni iş imkanları və beynəlxalq təcrübədən faydalanmasına şərait yaradır.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda üç xarici film çəkilib. Bu filmlərin istehsalı təkcə Azərbaycanın beynəlxalq kino sənayesində tanınmasına deyil, həm də ölkə iqtisadiyyatına töhfə verib. S.Bağırova qeyd edib ki, beynəlxalq film istehsalçıları ilə əməkdaşlıq edən azərbaycanlı rejissorlar, operatorlar, ssenaristlər, aktyorlar və texniki heyət üzvləri dünya kinematoqrafiyasının ən son trendləri və texnologiyaları ilə tanış olur, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edirlər. Bu cür layihələr ölkədə kino sənayesinin inkişafına müsbət təsir göstərir, peşəkar kadr hazırlığını gücləndirir və yaradıcı potensialın genişlənməsinə şərait yaradır.

“Kino Sənayesi İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini Azər Aydəmir çıxışında “KinoPark” layihəsi barədə danışıb və təqdim etdiyi layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yenidən bərpası ilə bağlı olub.

Qeyd edib ki, bu prosesin uğurla həyata keçirilməsi nəticəsində kinostudiya daha müasir və funksional bir məkana çevriləcək: “Bu layihənin tam gücü ilə işləməsi və real nəticə verməsi üçün 3 ildən 5 ilə qədər bir müddət tələb olunur. Təbii ki, dövlət dəstəyi vacibdir və ilkin mərhələdə əsas prioritet kinostudiyanın infrastrukturunun bərpası olacaq. İndiyədək aparılan danışıqlar artıq bir ili əhatə edir və layihənin geniş miqyasda icrası üçün davamlı dəstək lazımdır”.

O əlavə edib ki, ümumilikdə bu layihənin reallaşması nəticəsində kinostudiya təkcə yerli kino istehsalı üçün deyil, həm də beynəlxalq film sənayesində mühüm bir mərkəzə çevriləcək.

ARKA-nın əməkdaşı Turan Məmmədli “Milli dublyaj sənayesinin inkişafı” layihəsi barədə məlumat verib. Qeyd edib ki, bu sahənin inkişafı üçün sistemli və ardıcıl tədbirlərin görülməsi vacibdir. Milli dublyaj sənayesinin genişləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün infrastrukturun təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadə və peşəkar kadrların hazırlanması əsas prioritetlərdəndir.

Bildirib ki, bu sahədə keyfiyyətin artırılması üçün xüsusi strategiya hazırlanıb və bu strategiya çərçivəsində dublyaj sahəsinə dövlət dəstəyinin gücləndirilməsi, yerli studiyaların inkişafı və yeni səs aktyorlarının yetişdirilməsi nəzərdə tutulur. Həmçinin bu prosesdə kinofilmlərin orijinal atmosferini qorumaq və tamaşaçılara yüksəkkeyfiyyətli dublyaj təqdim etmək əsas məqsədlərdən biridir: “Layihənin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan filmləri beynəlxalq platformalarda daha geniş yayılacaq, eyni zamanda, xarici filmlər də yüksəkkeyfiyyətli dublyajla yerli auditoriyaya təqdim olunacaq. Bu, həm milli kinomuzun inkişafına, həm də Azərbaycan dilinin qorunmasına mühüm töhfə verəcək”.

Daha sonra Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunan müzakirə zamanı Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılıb.

Panel müzakirədə çıxış edən Mədəniyyət Nazirliyinin sektor müdiri Günay Rəhimova, “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri Müşfiq Hətəmov, “Kino Sənayesi İnkişafı” Fondu İctimai Birliyinin sədr müavini Azər Aydəmir və Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycan kino sənayesindəki mövcud vəziyyət barədə danışıblar.

Çıxışlarda film istehsalı, bu sahədə infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunulub. Panel iştirakçıları yerli kino sənayesinin inkişafı üçün strateji yanaşmalar, dövlət dəstəyi mexanizmləri və yaradıcı mühitin gücləndirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər.

Paneldə, həmçinin kinofestivalların və kino fondlarının müştərək istehsal üçün platforma kimi rolu, beynəlxalq müştərək filmlərin çəkilişindəki prioritetlər, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, "Baku Cinema Breeze" (BCB) kimi festivalların təşkilinin əhəmiyyəti, Türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan tamaşaçı marağının artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan ərazisində kino istehsalı istiqamətindəki potensial imkanları barədə də müzakirələr aparılıb.

Xüsusi olaraq vurğulanıb ki, kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və kinoya maraq göstərən digər şəxslər üçün “Cinema Talks” yeni əməkdaşlıqlar qurmaq və fikir mübadiləsi aparmaq baxımından mühüm platforma rolunu oynayır.

“O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq “1-ci Uşaq Teatr Festivalı” başlayır Serial onlarsız davam edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see364

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see346

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see326

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see315

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see307

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see289

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see273

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see272

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see260

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see257

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see251

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see246

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see246

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see246

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see236

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see233

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see231

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see200

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri