Icma.az
close
up
RU
Çingiz Abdullayev: “Onların əsərlərinə külli miqdarda pullar xərclənir” AÇIQLAMA

Çingiz Abdullayev: “Onların əsərlərinə külli miqdarda pullar xərclənir” AÇIQLAMA

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzən bir xalqın səsi təkcə musiqisində və ya memarlığında deyil, onun sözündə, ədəbiyyatında yaşayır.

Söz millətin yaddaşıdır. O, zamanın tozundan, siyasətin səs-küyündən keçib gələcək nəsillərə kimliyimizi daşıyır. Amma bu səsi dünyanın eşitməsi üçün təkcə istedadlı yazıçıların olması bəs etmir - sözün arxasında güc, sistem, vətəndaşlıq məsuliyyəti dayanmalıdır.

Bu gün Azərbaycan ədəbiyyatı zəngin irsi və güclü müəllifləri ilə fəxr etsə də, onun dünya oxucusuna yol tapması hələ də istənilən səviyyədə deyil. Əsərlərimiz çox zaman ölkə daxilində qalır, tərcümə və təqdimat imkanları məhduddur. Halbuki bir çox ölkələr ədəbiyyatlarını milli sərvət kimi qoruyur, xaricdə tanıtmaq üçün dövlət proqramları həyata keçirirlər.

Ədəbiyyatın beynəlxalq aləmdə tanıdılması ilə bağlı fikirlərini nəzərə alaraq, Azərbaycan ədəbiyyatının dünyaya çıxışını təmin etmək üçün dövlət dəstəyi (məsələn, Milli Ədəbiyyat Fondu və ya tərcümə proqramları) əsas amildir, yoxsa bu proses daha çox ədəbi mühitin öz daxili təşəbbüslərindən asılı olmalıdır?

Məhz bu mövzuda Bakıvaxtı.az-a danışan Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qeyd edib ki, ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması nə yalnız yazıçının, nə də yalnız dövlətin işidir:

"Dövlətin də, yazıçıların da üzərinə böyük məsuliyyət düşür. Ədəbiyyatın inkişafı, onun beynəlxalq səviyyədə tanıdılması hər iki tərəfin birgə səyi nəticəsində mümkün olur. Biz çalışırıq ki, milli ədəbiyyatımız yalnız ölkə daxilində deyil, xaricdə də tanıdılıb sevilən bir dəyərə çevrilsin. Bu məqsədlə ədəbiyyatımızla bağlı üç dildə xüsusi səhifələr yaradılması istiqamətində işlər aparılır".

Onun sözlərinə görə, Almaniyada, Fransada və digər Avropa ölkələrində dövlətin dəstəyi ilə ədəbi layihələrə, yazıçılara xüsusi diqqət yetirilir:

"Onların əsərlərinə külli miqdarda pullar xərclənir. Bu, həm həmin ölkələrin mədəniyyətini, həm də dillərini dünyaya tanıtmaq üçün çox təsirli vasitədir. Sözügedən ölkələr öz dillərini, mədəni kimliklərini bu cür layihələrlə təbliğ edirlər".

AYB-nin birinci katibi sonda vurğulayıb ki, hazırda buna oxşar istiqamətdə addımlar atılır:

"Hazırda bu sahədə ciddi işlər görülür, beynəlxalq əməkdaşlıqlar qurulur. Müxtəlif ölkələrin ədəbi təşkilatları ilə danışıqlar gedir, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Məqsədimiz Azərbaycan ədəbiyyatının səsini daha geniş coğrafiyalara çatdırmaq, dünya ədəbi məkanında onun layiqli yerini təmin etməkdir".

Əli Hüseynov ​​​​​​​

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Noyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri