Icma.az
close
up
RU
Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub Tərcüməçi

Çingiz Aytmatovun bu əsəri Azərbaycan dilinə səhv tərçümə olunub Tərcüməçi

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur qırğız yazıçı Çingiz Aytmatovun “İ dolşe veka dlitsya den (“И дольше века длиться день") adlı əsərini Azərbaycan dilinə "Gün var, əsrə bərabər" kimi tərcümə etmək qeyri-peşəkarlıqdır. Guya adı milliləşdiriblər”.
Modern.az-ın məlumatına görə, bu fikirləri tərçüməçi Nadir Qocabəyli bildirib.
“Axı dilimizdə belə ifadə, deyim yoxdur. Eyni zamanda, orijinal təhrif olunub.
Romanın adı "Gün var əsrdən uzun", "Əsrdən uzun gün", "Əsrdən uzun çəkər gün", "Bəzən əsrdən də uzun olur gün" şəkillərində tərcümə olunsaydı, orijinalı daha doğru əks etdirər, dilimizdə də pis səslənməzdi.
Yoxsa bu bayağı "yaradıcı" yanaşma, milli hoqqabazlıq kimə lazımdır?
Başqalarının yazdığı əsər üzərində dəlləklik etməkdənsə, ortaya orijinal əsərlər və adlar qoymaq lazımdır.... bu doğru ad və tərcümə üsulu deyil”, - tərcüməçi qeyd edib.

Onun sözlərinə görə, "əsrə bərabər" və "əsrdən uzun" ifadələri bir-birindən kəskin fərqlənir.
“Mərhum İshaq İbrahimovun yaxşı tərcüməçi olduğunu deyirlər. Etiraz etmirəm və ola bilər. Onun tərcümələrini gənc ikən oxuduğumdan qiymət vermək mənim üçün çətindir. Bunun üçün gərək yenidən baxam.

Ancaq mənə görə tərcüməyə, ümumiyyətlə istənilən mətnə təkcə müəllifə və tərcüməçiyə görə qiymət vermək düzgün deyil. Kitabları nəşriyyatlar çap edir və ümumi məsuliyyəti onun kollektivi daşıyır. Redaktorlar, məsləhətçilər, korrektorlar var və hamısı əmək haqqı alır. İshaq İbrahimovun etdiyi səhvi düzəldə bilərdilər. Səhvsiz insan olmaz və mənim də səhvlərim olub, bu gün də var. Ancaq kollektiv əmək onların sayını azaldır və keyfiyyəti yüksəldir. Təbii ki, söhbət peşəkar və vicdanlı kollektivdən gedir.

Mənə görə Çingiz Aytmatovun məşhur romanı "Bəzən əsrdən də uzun olur gün" şəklində tərcümə olunmalıydı. Ya da elə sadəcə "Əsrdən uzun gün".

"Əsrə bərabər gün" deyimində günün önəmi, mədhi, tərifi ifadə oldunduğu halda "Əsrdən uzun gün" ifadəsində iztirab, əzab, üzüntü elementləri var. Romanda da elə bundan bəhs olunur. Azərbaycanca tərcüməyə qoyulan ad isə əsərin məzmununu təhrif edir. Çünki romanda əsrdən uzun çəkən məşəqqətli bir gündən bəhs edilir”.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri