Icma.az
close
up
RU
Çingiz Mehdiyevin vəkillərinin vəsatətləri təmin edilmədi

Çingiz Mehdiyevin vəkillərinin vəsatətləri təmin edilmədi

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.

Daha sonra Çingiz Mehdiyevin vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, 1 milyon 400 min pulun köçürülməsi leqallaşdırılıb. Gürcüstanda olan ofisdən bəzi maliyyə sənədlərini əldə etdiklərini vurğulayan vəkil deyib ki, Gürcüstan bankından köçürülən maliyyə sənədləri var. O, həmin sənədlər işə əlavə olunmasını istəyib. Vəkil qeyd edib ki, Çingiz Mehdiyevin anasının adına olan bank hesabları vərəsənin hesabına köçürülüb. Vəkil həmin sənədlərin işə əlavə olunmasını istəyib.

Çingiz Mehdiyev bildirib ki, anasının şəxsi hesabı Gürcüstan bankında olub. Onun sözlərinə görə, anası rəhmətə getdiyi üçün vəsaitlər şəxsi hesabda qalıb: "1 ildən sonra vərəsəlik sənədləri təqdim olunandan sonra pullar vərəsənin hesabına köçürülüb. Burada qeyri- qanuni heç bir şey yoxdur. Vərəsə pulların hamısı mənim adıma gəlib. Çünki qardaşım Amerikada yaşayırdı, onun adına köçürülə bilməzdi. Mən də pulları qardaşımın hesabına köçürdüm".

Hakim sual edib ki, niyə görə Çingiz Mehdiyevin adına olan vəsait Amerikada olan hesaba köçürülüb. Təqsirləndirlilən şəxs isə bunun onun şəxsi işi olduğunu deyib.

Məlum olub ki, həmin hesabdan köçürülən pul 722 min manatdır. Həmin pul Çingiz Mehdiyevin Amerikada yaşayan qardaşı Zaur Mehdiyevin adına köçürülüb.

Vəkil qeyd edib ki, bank hesabları vasitəsi ilə köçürülən pulların hamısı təyinatı üzrə köçürülüb. Onun sözlərinə görə, həmin pullar şəxsi hesabda olan pullar olub.

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, məhkəmə istintaqına güvənirlər. Onun sözlərinə görə, cinayət işinə xitam verilməsi üçün qanunda olan 4 əsasların hamısı Çingiz Mehdiyevin əməllərində var.

Vəkil həmçinin Gürcüstan bankına sorğu göndərilməsini, sənədlərin əslini əldə etməsini istəyib.

Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, müdafiə tərəfi pulların köçürülməsini vərəsəlik aktı ilə mübahisələndirir. Onun sözlərinə görə, burada rəsmi sənəd yoxdur.

Məhkəmə birinci vəsatəti təmin etməyib. Məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatətlə bağlı bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.

Daha sonra Çingiz Mehdiyevin vəkilləri mütəxəssis rəyləri ilə bağlı vəsatət verib. Vəkil deyib ki, 621 min manat mallar ölkəyə gətirilib. Onun sözlərinə görə, malların dəyəri gömrükdə düzgün hesablanmayıb. Bildirib ki, mütəxəssis malların dəyərlərindirməsinə ittihamedici qiymət verib. Vəkil mütəxəssisin sənədləri tədqiq etmək üçün məhkəməyə dəvət olunmasını istəyib.

Dövlət ittihamçısı bildirib ki, işdə olan sənədlərə mütəxəssis rəyləri təqdim olunub. O, vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra vəkillər Hesablama Palatasının şirkətdə apardığı audit yoxlamaları nəticəsində tərtib olunan aktın alınması barədə vəsatət veriblər. Bu vəsatət də təmin olunmayıb.

Növbəti proses fevralın 3-də davam edəcək.

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.

İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri