Icma.az
close
up
RU
Çingiz Qənizadə: “Azərbaycan Rusiyanın cinayətlərinə ortaq ola bilməz”

Çingiz Qənizadə: “Azərbaycan Rusiyanın cinayətlərinə ortaq ola bilməz”

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Putinin yanındakı Kirill kirli "caynaqlarını" Azərbaycana uzadır.
Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədri Kirill Kabanov Azərbaycanı hədəfə alan skandal çağırış edib. Musavat.com xəbər verir ki, o, Ukrayna ərazisində Azərbaycan strukturlarına məxsus neft obyektlərinə “hədəfli zərbələr” endirilməsini təklif edib.
Kabanov öz Telegram kanalında yazıb ki, “Rusiya üçün kimin həqiqi müttəfiq, kimin isə rəqib olduğu getdikcə daha açıq görünür”.
Onun iddiasına görə, Bakı artıq Moskvaya əvvəlki kimi “dost münasibət” göstərmir, əsas tərəfdaş kimi isə Türkiyə, ABŞ, Böyük Britaniya və Ukraynanı görür.
Rusiya rəsmisi bu faktın regionun geosiyasi mənzərəsini dəyişdiyini və Moskvanın Azərbaycanla əməkdaşlığa dair əvvəlki yanaşmalarını “şübhə altına aldığını” bildirib. O, bununla da kifayətlənməyərək, “Azərbaycanla bağlı neft obyektlərinə zərbələr endirməklə yanaşı, Azərbaycan diasporu ilə əlaqəli cinayətkar təşkilatların Rusiya biznesindəki təsirini və fəaliyyətini tamamilə dayandırmaq” çağırışı edib.
Kabanovun bu açıqlaması Kreml çevrələrində Azərbaycana qarşı artan qəzəb və təhdid ritorikasının yeni mərhələsidir. Rusiya belədir: normal, diplomatik dillə danışa bilmir, əvəzində hədə, təzyiq və zor dilinə üstünlük verir. Belə düşüncənin isə nə dostu olar, nə də tərəfdaşı. Heç kim belə aqressiv və etibarsız yanaşmaya yaxın olmaq, əməkdaşlıq etmək istəməz.
Moskvanın artan təhdidləri hansı hazırlıqlardan xəbər verir? Kabanov kimi rus məmurları kim təlimatlandırır?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Kirill Kabanovun Azərbyacana qarşı kəskin, düşmən mövqeyindən fərqlənməyən fikirlər səsləndirməsi ilk dəfə deyil: “Bu adam vaxtaşırı Azərbaycana qarşı hədə xarakterli və təhqirlə dolu çıxışlar edir. Kirill Kabanov Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədridir, eyni zamanda Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvüdür. Bu adam Kremlin içində, Vladimir Putinin yanındadır. Bu isə belə nəticəyə gəlməyə əsas yaradır ki, bu cür sərsəm yaramaz adamların anti-Azərbaycan ritorikası, fikirləri Kremldən verilən tezislərdir. Kirill kimiləri Rusiya siyasi dairələrinin fikirlərini dilə gətirirlər. Həm Rusiya televiziyalarındakı aparıcılar, həm Zatulin və Kabanov kimi yaramazlar eyni mərkəzdən göztəriş alır və qidalanırlar. Azərbaycana qarşı hədə dilində danışmaqları əslində onların zəifliyidir. Aleksandr Duqinin dünənki yazısında əslində Rusiyanın hansı duruma düşdüyü çılpaqlığı ilə ortaya qoyulur və bu vəziyyətə gəlib çatmada Rusiya rəhbərliyi günahkar kimi təqdim olunur, bundan nəticə çıxarmalı olduqları vurğulanır. Bəli, Rusiya Azərbaycana qarşı aqressiv siyasətdən imtina edib hazırkı durumundan nəticə çıxarmalıdır. Azərbaycana və digər qonşu dövlətlərə qarşı  planlar qurmaq kimi yanlış siyasi xətdən geri çəkilməlidir. Azərbaycanın neft obyektlərini bombalamaq kimi çağırışlar, Azərbaycan diasporunu cinayətkar qruplarla əlaqədə suçlamaq Rusiyanın sonda özünü batıracaq çox təhlükəli yola meyillənməsindən xəbər verir”.

 Çingiz Qənizadə

Həmsöhbətimiz hesab edir ki,  Rusiya hakimiyyəti nə qədər gec deyil, yanlış yoldan geri çəkilməlidir, çünki Azərbaycanla hədə dilində danışmaqla heç vaxt Azərbaycanı öz yanında görə bilməzlər: “Kirill Kabanov kimilərinin dili ilə deyilir ki, Rusiya işğlaçılıq etsin, ağılagəlməz qanunsuzluqlara yol versin, beynəlxalq hüququ ayaqlar altına alsın, lakin Azərbaycan və digər ətraf ölkələr buna göz yumub Rusiyanın yanında olsun. Azərbaycan Rusiyanın işğalçı hərəkətlərinin, cinayətlərinin yanında ola bilməz. Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətlərində maraqlı olduğunu daim nümayiş etdirir, ancaq Azərbaycan Rusiyanın cinayətlərinə ortaq ola bilməz”.
Ekspert qeyd edir ki, Kirill Kabanovun Azərbaycanın neft obyektlərinə zərbə endirmək, diaspora təşkilatları üzvlərinin bizneslərini məhv etmək barədə çağırışları Rusiya ilə dost olmağın mümkünsüzlüyünü də təsdiqləyir: “Rəsmi şəxslərin dilindən bu cür çağırışlar ifadə edilən bir dövlətin, təbii ki, yanında heç kim dayanmaq istəməz. Rusiya bundan nəticə çıxarmalıdır. Zor dili ilə danışmaq Rusiyaya uğur gətirməyəcək.  Kirill Kabanov kimilərinin çağırışları həm də bizə onu deyir ki, biz hər an hər şeyə hazır olmalıyıq, ehtiyatı əldən verməməliyik”.

Əli Oruov 

Siyasi ekspert Əli Oruov isə bildirdi ki, Kabanovun çağırışları nasist çağırışlarıdır və rus cəmiyyətində, siyasi elitada neonasizm təzahürləri getdikcə artmaqdadır: “Rusiya hakim dairələri dostluq və müttəfiqliyi köləlik və müstəmləkə ilə səhv salırlar. Moskva hələ də anlamaq istəmir ki, tarixin təkərin geri fırlatmaq mümkün deyil və Rusiyanın da təhdidedici, hədə ritorikası əks effekt verir və imperiyapərəst, davakar siyasəti onu özünütəcridə aparıb. Bu gün Rusiyanın, demək olar ki, dostu və tərəfdaşı qalmayıb. Hətta ən yaxın hərbi-siyasi müttəfiqləri də qaçmağa çalışır, təhlükəsizlikləri ilə bağlı alternativ yollar axtarışındadır. Bakı  strateji müttəfiqliklə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz yerinə yetirir. Təəssüflər olsun ki, Rusiya, həmişə olduğu kimi, imzasına və sözünə əməl etmir.  Davranışlarına susmağı, boyun əyməyi tələb edir.  Rusiya dünya üçün təhdidedici bir dövlətə çevrilib. Azərbaycanın da təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün tədbirlər görməyi onun suveren haqqıdır”.
Əli Orovun vurğulayır ki, 2022-ci ilin fevral ayında Azərbaycanla Rusiya arasında Moskvada bağlanan strateji müttəfiqlik haqqında sənədin gec-tez kağız parçasına çevriləcəyi məlum idi: “Çünki Kreml ənənəvi irtica və imperialist ambisiyadından imtina etməyib. Moskvanın Bakı ilə konfrantasiyası isə Azərbaycan kimi regional güc mərkəzini itirmək deməkdir. Eyni zamanda Cənubi Qafqazla, türk coğrafiyası, həmçinin Türkiyə və Pakistanla münasibətlərini  korlamaqdır.  Kreml basqılarını davam etdirərsə və Azərbaycanın maraqlarını davamlı hədəf alarsa, nəticədə Bakı bir sıra məsələlərdə öz mövqeyini yenidən nəzərdən keçirə bilər. Azərbaycan Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmaq qərarına gələr ki, bu da Kreml üçün indiki dönəmdə qətiyyən arzuolunan deyil. Azərbaycan o dövlətlərdən deyil ki, iqtisadi və hərbi təzyiqlərlə Rusiyanın aşırı tələblərini yerinə yetirsin. Kremldən olsa Cənubi Qafqaz ölkələrnə bu gün qoşun yeridər. Lakin bu heç də asan məsələ deyil. Moskvanın hədə tonu, güc nümayişi Azərbaycanla birlikdə Cənubi Qafqazı Rusiyaya yaxınlaşadırmayacaq, əksinə, daha da uzaqlaşdıracaq”. (Musavat.com)


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Avqust 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see175

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see154

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see153

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see152

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see148

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see148

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see142

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see139

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see137

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see136

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see128

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see126

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see123

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see123

Trampın Qəzza planı: İsrailə bunu etməyə imkan verilməyəcək!

27 Sentyabr 2025 07:01see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see120

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see119

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see118

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri