Çinin avtomobil bazarında tənəzzül: Satışlar xeyli azaldı
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Keçən ay Çinin avtomobil bazarında satış üzrə geriləmə müşahidə edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına əsasən, ölkədə yeni avtomobillərin pərakəndə satışı ötən ilin eyni dövrü ilə müqayisədə 24% azalaraq 1.54 milyon ədəd təşkil edib. İri istehlak xərclərinə mənfi təsir göstərən uzunmüddətli daşınmaz əmlak böhranı fonunda ilin əvvəlindən bəri satışların həcmi aşağı düşüb.
Belə bir vəziyyətdə daxili bazardakı sərt qiymət müharibəsinin təsirlərini azaltmağa çalışan Çin istehsalçıları, həmçinin "Tesla" da daxil olmaqla xarici brendlər ixracı fəal şəkildə artırırlar. Daxili tələbatın zəifləməsi şirkətləri gəlirliliyin daha yüksək və rəqabətin nisbətən az aqressiv olduğu xarici bazarlara çıxış axtarmağa məcbur edir.
Mütəxəssislər satışların davamlı azalmasını Çindəki ümumi iqtisadi qeyri-müəyyənlik, eləcə də bazarın həddindən artıq yüklənməsi ilə əlaqələndirirlər. İstehsalçılar getdikcə daha çox yeni modellər təklif etsələr də, əhalinin alıcılıq qabiliyyəti məhdud səviyyədə qalmaqdadır. Elektromobil alışı üçün dövlət subsidiyalarının tədricən ləğv edilməsi də tələbata öz təsirini göstərərək mövcud vəziyyəti daha da gərginləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















