Icma.az
close
up
RU
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir

Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Çinin avtomobil sənayesində uzun illərdir davam edən sürətli artım mərhələsinin 2026-cı ildə zəifləyəcəyi proqnozlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) açıqlamasına görə, zəif daxili tələbat və beynəlxalq qeyri-müəyyənliklər avtomobil satışları və ixracın artım tempinə mənfi təsir göstərəcək.
Assosiasiyanın qiymətləndirməsinə əsasən, 2026-cı ildə Çində avtomobil satışları cəmi 1% artacaq. Bu göstərici 2025-ci ildə qeydə alınmış 9,4%-lik artımla müqayisədə xeyli aşağıdır. Xüsusilə elektrikli nəqliyyat vasitələri və şəbəkəyə qoşulan hibridlərin satış artımı 28,2%-dən 15,2%-ə enəcək.
Avtomobil ixracında da yavaşlama gözlənilir. 2025-ci ildə ixracın 21,1% artmasına baxmayaraq, 2026-cı il üçün bu rəqəmin cəmi 4,3% olacağı proqnozlaşdırılır. CAAM bildirir ki, əhalinin qeyri-sabit gəlirləri və iş yerlərini itirmə qorxusu daxili bazarda alıcılıq qabiliyyətini zəiflədir.
Çin-Aİ razılaşması ticarət gərginliyini azalda bilər
Çin və Avropa İttifaqı elektrikli nəqliyyat vasitələrinin idxalı ilə bağlı davam edən mübahisəni yumşaltmaq üçün konkret addımlar üzərində razılığa gəliblər. Avropa Komissiyasının məlumatına görə, minimum qiymət limitlərinin tətbiqi və idxal həcmlərinin tənzimlənməsi sahəsində irəliləyiş əldə olunub.
Razılaşmaya əsasən, Çin tərəfi daxili subsidiya siyasətini yenidən nəzərdən keçirəcək, şəffaflıq tələblərinə əməl edən şirkətlər isə məhsullarını Aİ bazarına daha aşağı tariflərlə ixrac edə biləcəklər. Məqsəd mümkün ticarət müharibəsinin qarşısını almaq və bazarda ədalətli rəqabəti qorumaqdır.
Kanada Çin elektromobillərinə rüsumları azaldır
Çinlə ticarət münasibətlərində mühüm addım atan Kanada, elektrikli nəqliyyat vasitələrinə tətbiq edilən tarifləri azaltmaq barədə razılıq əldə edib. Kanadanın Baş naziri Mark Karninin Pekinə səfəri zamanı imzalanan razılaşmaya əsasən, Çin elektromobillərinə tətbiq olunan 100%-lik rüsum ləğv ediləcək.
Bunun əvəzində, 49 minədək idxal olunan avtomobilə 6,1% güzəştli rüsum tətbiq ediləcək. Karni bildirib ki, bu addım həm yerli sənaye innovasiyalarını təşviq edəcək, həm də Kanadanın iqlim hədəflərinə töhfə verəcək.
“Xiaomi” elektrik avtomobil bazarında iddialı planlar qurur
Texnologiya nəhəngi Xiaomi elektrikli avtomobil bazarında mövqelərini gücləndirməyə davam edir. Şirkət 2026-cı ildə tədarüklərini 34% artıraraq 550 min elektrikli nəqliyyat vasitəsi satmağı hədəfləyir. Bu plan 2025-ci ildə 410 mindən çox avtomobil satışı ilə əldə edilən uğurlu nəticələrə əsaslanır.
2021-ci ildə avtomobil sektoruna daxil olan “Xiaomi” artıq ilk rüblük mənfəətini qeydə alıb. Şirkət 2026-cı ilədək yenilənmiş SU7 və yeni SUV modelləri də daxil olmaqla dörd yeni avtomobil təqdim etməyi planlaşdırır. Analitiklər “Xiaomi”ni “Tesla”nın Çin bazarındakı əsas rəqiblərindən biri kimi qiymətləndirirlər.
“Porsche” ABŞ-də rekord satışa imza atdı
Alman avtomobil istehsalçısı “Porsche” 2025-ci ildə ABŞ bazarında tarixi satış rekordu qırıb. Şirkət il ərzində 76 min 219 avtomobil sataraq indiyədək ən yüksək göstəriciyə nail olub.
Satışların artımında “Macan” modeli əsas rol oynayıb – bu modeldən 27 moin 139 ədəd satılıb. “Cayenne” (20 min 314 ədəd) və “Porsche 911” (13 min 574 ədəd) isə növbəti yerləri tutub. Bununla belə, elektrikli “Taycan” modelinə tələbat kəskin azalıb və 2025-ci ilin son rübündə satışlar illik müqayisədə təxminən üç dəfə geriləyib. Eyni zamanda, sertifikatlı işlənmiş avtomobillərə tələbat 11% artıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Yanvar 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri