Icma.az
close
up
RU
Çinin cənubunda yaşayan yarasalarda potensial təhlükəli iki virus aşkarlanıb

Çinin cənubunda yaşayan yarasalarda potensial təhlükəli iki virus aşkarlanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 iyun, AZƏRTAC

Cənubi Çinin Yunnan əyalətində yaşayan yarasaların orqanizmində daha əvvəl məlum olmayan virus aşkar edilib. Bu viruslardan ikisinin Hendra və Nipah xəstəliklərinin törədicilərinə bənzədiyi müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə alimlərin “PLoS Pathogens” elmi jurnalında dərc olunan məqaləsində deyilir. Qeyd olunur ki, bu patogenlər yarasalarla insanların təması nəticəsində yeni zoonoz infeksiyaların yayılmasına səbəb ola bilər.

“Biz Yunnan əyalətində kənd meyvə bağlarının yaxınlığında və ətrafdakı mağaralarda yaşayan yarasaların böyrəklərində mövcud olan patogenləri araşdırdıq. Bu analiz zamanı Hendra və Nipah viruslarına çox yaxın olan iki patogen aşkar etdik. Onların ev heyvanlarına və ya insanlara keçməsi ciddi nəticələrə səbəb ola bilər”, – deyə tədqiqatçılar bildiriblər.

Bu kəşf Sun Yatsen Universitetinin professoru Şi Manın rəhbərliyi ilə çalışan çinli molekulyar bioloqlar qrupu tərəfindən aparılıb. Alimlər 2017–2021-ci illər arasında Yunnan əyalətinin beş bölgəsində tələyə düşən 10 müxtəlif növə aid 142 yarasa üzərində tədqiqat aparıblar.

Yarasaların yaydığı virusları, bakteriyaları, göbələkləri və digər patogenləri müəyyən etmək məqsədilə böyrək toxumalarından nümunələr götürülüb, xarici mənşəli DNT ayrılaraq onun genetik strukturu oxunub. Analiz nəticəsində məlum olub ki, Cənubi Çin yarasalarının orqanizmində 12 fərqli ailəyə aid 22 virus, eləcə də bir neçə növ bakteriya və ibtidai orqanizm mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri