Çinin Cianqsu əyaləti ilə iqtisadi əməkdaşlıq müzakirə olunub
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Çinin Cianqsu əyalətinin Xalq Hökumətinin vitse-qubernatoru ilə görüşdə müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın inkişafı haqqında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin Cianqsu əyalətinin vitse-qubernatoru Ma Şıquanla görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Çin liderləri tərəfindən iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayır.
Ölkəmizin əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar və beynəlxalq tərəfdaşlarla icra edilən layihələr haqqında məlumat verilib, işbirliyi potensialı diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və Cianqsu arasında ticarət, investisiya, yaşıl enerji, yüksək texnologiyalar, neft-kimya sənayesi, istehsalın lokallaşdırılması, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 03 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















