Icma.az
close
up
RU
Çinin dron istehsalçısı Ukraynaya qarşı vuruşur

Çinin dron istehsalçısı Ukraynaya qarşı vuruşur

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Rusiya prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı hücuma başladıqdan sonra cəbhədən minlərlə kilometr aralıda yerləşən və az tanınan Rusiya şirkəti əsas problemlərdən birini - döyüş meydanında vəziyyəti kökündən dəyişdirəcək döyüş pilotsuz təyyarələrinə ehtiyacı həll etmək üçün Çin firmaları ilə əməkdaşlıq planı hazırlayıb.
Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Aero-HIT” şirkətinin sənədlərinə, eləcə də Rusiya rəsmiləri ilə yazışmalara istinadla bildirib.
Bu cür sübutlar Rusiyanın Pekinlə dostluq əlaqələrindən Qərb sanksiyalarından yan keçmək üçün necə istifadə etdiyini və Ukraynaya hücumlar üçün pilotsuz təyyarələr yaratmaq qabiliyyətini əldə etdiyini göstərir. Ümumilikdə, bu sənədlər Çindən Rusiyaya texnologiyanın necə gələ biləcəyini göstərir, hətta prezident Si Cinpin hökuməti hər iki tərəfə silah tədarükünü inkar etsə belə.
“Rusiya dövlətindən maliyyə alan “Aero-HIT”, uzaq şərqdəki Xabarovsk şəhərinin hava limanı yaxınlığındakı fabrikinin bu il ayda 10 min pilotsuz uçan aparat istehsal etmək gücünə malik olacağını və istehsalı daha qabaqcıl modellərlə genişləndirməyi planlaşdırdığını deyib. Şirkət qısa müddətdə Xerson bölgəsindəki hərbi əməliyyatlar üçün pilotsuz təyyarələrin əsas tədarükçülərindən birinə çevrildi”, - məqalədə qeyd olunur.
Məlumata görə, şirkətin məhsulları arasında (FPV) rejimli “Veles” dronları var ki, bunun sayəsində pilotlar real vaxt rejimində ekran və ya virtual reallıq eynəkləri vasitəsilə döyüş meydanını izləyə bilirlər.
Mart ayında alınan satınalma sənədlərinə görə, belə dronların bir sifarişi 8 milyon rubla başa gəlir, yəni bir pilotsuz təyyarə üçün təxminən min dollara.
Bununla belə, 2024-cü ilin iyununda ABŞ Maliyyə Nazirliyi “Aero-HIT”-ə sanksiya tətbiq edib. Bildirilir ki, “Veles” pilotsuz təyyarələrindən Xerson vilayətində yerləşdirilmiş Rusiya qoşunları tərəfindən Ukrayna hədəflərinə qarşı istifadə olunub.
Amma Rusiya bu sanksiyalardan yan keçməyin yollarını axtarmağa başlayıb. Xüsusilə, Çinin ən böyük dron və onların komponentlərini istehsal edənlərdən olan “Autel Robotics” məhsul tədarükünü və ya Rusiya şirkətləri ilə hər hansı əlaqəsi olduğunu inkar etsə də, “Bloomberg”in əldə etdiyi sənədlər bunun əksini göstərir.
Qeyd olunur ki, iki şirkət arasında əlaqələr sanksiyalara görə qısa müddətə kəsilsə də, “Autel”-in işçiləri ilə təmaslar təxminən 2024-cü ilin sonunda bərpa edilib və 2025-ci ilin may ayından etibarən tərəflər dron istehsalının lokallaşdırılması ilə bağlı danışıqlar aparırlar.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 İyul 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri