Icma.az
close
up
RU
Çinin əhalisi azalmağa davam edir: 2024 də 1,39 milyon azalma qeydə alındı Xəbər saytı Son xəbərlər və Hadisələr

Çinin əhalisi azalmağa davam edir: 2024 də 1,39 milyon azalma qeydə alındı Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Çinin əhalisi 2024-cü ildə 1,39 milyon azalaraq əvvəlki iki ildə müşahidə olunan azalma tendensiyasını davam etdirib.

BAKU.WS Çinin Milli Statistika Bürosunun məlumatına istinadən xəbər verir ki, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan Çinin əhalisi 2024-cü ildə 1 milyard 408 milyon 280 minə enib.

Əhalinin azalması tendensiyası 2022-ci ildə başlamış və sonrakı illərdə də davam etmişdi. 2022-ci il Çində 1960-cı illərin əvvəllərindəki aclıq illərindən sonra əhalinin ilk dəfə azaldığı il olmuşdu.

2024-cü ildə Çində 9,54 milyon uşaq doğulub ki, bu da 2023-cü ildə qeydə alınmış 9,02 milyon doğumla müqayisədə 5,7 faiz artım deməkdir. Doğum göstəricisi hər min nəfərə görə 6,39-dan 6,77-yə yüksəlib.

2024-cü ildə ölkədə 10,93 milyon ölüm qeydə alınıb ki, bu da 2023-cü ildəki 11,1 milyon ölümə nisbətən 1,5 faiz azalma deməkdir. Ölüm göstəricisi isə hər min nəfərə görə 7,87-dən 7,76-ya enib.

Çində əmək qabiliyyətli (16-59 yaş arası) əhali 857,98 milyon olub ki, bu da ümumi əhalinin 60,9 faizini təşkil edir. 60 yaş və yuxarı əhali isə 310,31 milyon və ya 22 faiz təşkil edib.

Pensiya yaşında olan 65 yaş və yuxarı əhali 220,23 milyon nəfərlə ümumi əhalinin 15,6 faizini təşkil edib.

Şəhər və kənd əhalisi

2024-cü ildə şəhər əhalisi əvvəlki illə müqayisədə 10,83 milyon artaraq 943,50 milyona çatıb, kənd əhalisi isə 12,22 milyon azalaraq 464,78 milyona düşüb. Şəhər əhalisinin payı 67 faizə, kənd əhalisinin payı isə 33 faizə enib.

Analitiklər bildirir ki, Çin uzunmüddətli əhali azalma dövrünə qədəm qoyub. Bu müddət ərzində əhali yaşlanacaq, əmək qabiliyyətli əhalinin sayı azalacaq.

Çin hökuməti 1980-ci illərdən tətbiq edilən "bir uşaq" siyasətindən imtina edərək əvvəlcə 2016-cı ildə ailələrə iki uşaq sahibi olmağa icazə verib, 2021-ci ildə isə bu rəqəm üçə qaldırılıb.

Lakin iqtisadi yavaşlama, həyat və uşaq böyütmə xərclərinin artması səbəbindən yeni nəsillər ailə qurmaq və uşaq sahibi olmaqda tərəddüd edir. Əhali azalmasının gələcəkdə işçi qüvvəsinə və ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri