Icma.az
close
up
RU
Çinin gizli planı: Tayvan narahatdır

Çinin gizli planı: Tayvan narahatdır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Beynəlxalq hüququn işləmədiyi dövrdə hər bir dövlət özünü qorumaq və qarşısına qoyduğu strateji məqsədlərə çatmaq istəyir. 

Pekinin illərdir qarşısına qoyduğu məqsəd Tayvan adasını Çinə birləşdirməkdir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu siyasi şərhçi və analitik Elxan Şahinoğlu öz sosial media hesabında yazıb. O bildirib ki, Pekin Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibənin davamından narahat olsa da, hazırkı şəraitdə Tayvan məsələsinin həlli barədə də düşünür:

“Çinin xarici işlər naziri Van İ 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin sessiyası zamanı keçirilən mətbuat konfransında bildirib ki, Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq. 

Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, ada indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz. Van İ bildirib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir.

Çinin xarici işlər naziri BMT qətnaməsinə istinad etməyi də unutmayıb. Van İ söyləyib ki, İkinci Dünya müharibəsində Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir”.

Onun sözlərinə görə, Çinin xarici işlər naziri açıqlamasında Yaponiyanı hədələməyi də unutmayıb:

“Van İ Yaponiyanı tarixdən dərs çıxarmağa və xəyali təhdidlər bəhanəsi ilə militarist kursunu bərpa etməyə cəhd etməməyə çağırıb. Nazir yapon xalqının gözlərini açacağına və heç kimin gücünü şişirtməsinə, keçmişin səhvlərini təkrarlamasına imkan verməyəcəyinə ümid etdiyi bu sözlərlə bildirib:

“Böyümüş və güclənmiş Çin və onun 1,4 milyard vətəndaşı artıq heç kimin müstəmləkəçiliyə haqq qazandırmasına imkan verməyəcək”.

Çinin xarici işlər naziri bu sözləri ona görə deyib ki, Yaponiya hərbi gücünü artırmağa qərar verib. Yaponiya hökuməti bu məqsədlə büdcədə hərbi xərcləri artıracaq. Bu Tokionun Çinin bölgədə artan hərbi gücü və Yaponiya sahillərinə yaxın sularda Çin-Rusiya birgə təlimlərinin sayının artması narahatlığı ilə bağlıdır. ABŞ İkinci Dünya müharibəsindən sonra ilk dəfə Yaponiyanın hərbi xərclərini artırmasına “yaşıl işıq” yandırıb. 

Yaponiyanın Baş naziri Sanae Takaiçi açıqlamalarının birində Çinin Tayvana hərbi müdaxiləsinin ölkəsinə təhdid olacağı barədə bəyanat vermişdi. Bu bəyanat Çin ilə Yaponiya arasında münasibətləri daha da gərginləşdirmişdi.

Çin xarici işlər naziri Pekinin Tayvan məsələsində mövqeyinin dəyişməz olduğunu belə izah edib: “Beynəlxalq münasibətlərdə ‘iki Çin’ və ya ‘bir Çin – bir Tayvan’ modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”.

Çinin xarici işlər nazirinin son açıqlaması o deməkdirmi ki, beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibəyə yönəlmişkən, Pekin Tayvanı ələ keçirməyi planlaşdırır?”

O bildirib ki, Pekində bu haqda düşünsələr də, riskləri də hesablayırlar:

“Yaxın Şərqdəki müharibə Çinin neft ehtiyatını tükəndirməyə başlayıb. Digər tərəfdən ABŞ və İsrailin İrana qarşı müharibəsi Çinin Yaxın Şərq ölkələrindəki yatırımlarına təhlükə yaradıb. Çinin özündə isə əmlak böhranı və daxili borclar problemi həll olunmayıb.

Çinin illik iqtisadi artım tempi 1991-ci ildən bəri ən aşağı səviyyəyə enib. Tayvanın ələ keçirilməsi əməliyyatı Çinin problemlərini daha da artıracaq. ABŞ Yaxın Şərqdə müharibə aparmasına baxmayaraq, Pekinin Tayvan adasını ələ keçirməsi əməliyyatına seyrçi qalmayacaq.

Ada ətrafında müharibə Çinin ABŞ-la ticarət müharibəsini alovlandıracaq. Bu isə Çin iqtisadiyyatı üçün əlavə problemlər deməkdir. Buna görə də Pekin Tayvanın ələ keçirilməsi əməliyyatını qeyri-müəyyən dövrədək təxirə salmaq məcburiyyətindədir”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Mart 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see338

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see270

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see234

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see227

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see199

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see188

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see186

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see184

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see184

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see181

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see179

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see178

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see177

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see172

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see171

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see166

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see165

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see164

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see164

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri