Çinin iki keçmiş müdafiə naziri edam olunacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Pekin, 7 may, AZƏRTAC
Çin məhkəməsi ölkənin keçmiş müdafiə nazirləri Vey Fenhe və Li Şanfu haqqında 2 illik möhlətlə edam cəzası qərarı verib.
AZƏRTAC xəbər verir ki, sabiq nazirlər korrupsiya əməllərində təqsirli biliniblər.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın intizam və nəzarət qurumu sabiq nazirlər haqqında 2023-cü ildə başladığı təhqiqatı yekunlaşdıraraq, işi hərbi prokurorluğa göndərib. Keçmiş nazirlər partiya intizamını pozduqlarına görə 2024-cü ilin iyununda Çin Kommunist Partiyasının sıralarından xaric ediliblər. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda şübhəli biliniblər. Mərkəzi Hərbi Şura bir müddət əvvəl sabiq nazirləri hərbi xidmətdən kənarlaşdırmaqla yanaşı, onları general rütbəsindən məhrum edib.
Vey Fenhe 2018-ci ilin martından 2023-cü ilin martınadək, Li Şanfu isə 2023-cü ilin martından oktyabrınadək Çinin müdafiə naziri vəzifəsində çalışıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 07 May 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















